Dövlət sərhədini pozan 45 nəfər saxlanılıb
Tarix: 15.02.2018 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2018-ci ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 45 nəfər saxlanılıb. Onların 12-si Azərbaycan, 13-ü Özbəkistan, 6-sı Gürcüstan, 3-ü Pakistan, 2-si İran, ikisi Mərakeş, 1-i Rusiya, biri Tacikistan, 1-i Konqo, 1-i İraq, 1-i İordaniya, 1-i Şri-Lanka, biri Türkiyə vətəndaşı olub.
Sərhəd rejim pozucusu qismində 29 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını pozduqlarına görə, o cümlədən ölkədən çıxışı qadağan olunduğuna görə 1145, ölkəyə girişi qadağan olunduğuna görə 93, vizası olmadığına görə 202, vizasının və pasportunun müddəti bitdiyinə görə 130, müvafiq sənədi olmadığına görə 64, ölkədə müddətdən artıq qaldığına görə 90, etibarnaməsi olmadığına görə 142 nəfər dövlət sərhədindən buraxılmayıb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 kiloqram 913 qram narkotik maddə, 2269 ədəd psixotrop dərman aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 1 milyon 246 min 309 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik tüfəng, 3 ədəd 9 millimetrlik patron, 4 qayıq, 1 ədəd gecə görmə cihazı, 2000 İran rialı, 30,5 milyon Rusiya rublu, 6628 qutu pirotexniki vasitə, 5990 qutu siqaret, 197 ədəd mobil telefonun dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info