Tacikistan “ASAN xidmət” brendinə maraq göstərir
Tarix: 15.02.2018 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması Məsələləri üzrə Dövlət Komitəsinin sədri Farrux Xamralizoda ilə görüşüb.
Danışıqlarda iki ölkə arasında siyasi sahədə səmimi dostluq münasibətlərinin ticari-iqtisadi əlaqələrin dərinləşməsinə kömək edəcəyi vurğulanıb. Sərmayə qoyuluşu sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə Tacikistanın investisiyaya ehtiyac duyan konkret sahələrinə dair layihələrin baxılmaq üçün Azərbaycan tərəfinə təqdim edilməsi məsələləri müzakirə olunub.
Səfir ölkəmizin iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verib və regionun lider dövlətinə çevrildiyini diqqətə çatdırıb.
F.Xamralizoda komitənin fəaliyyəti, əməkdaşlıq məsələləri, Tacikistanda həyata keçirilən yerli və regional layihələr barədə qısa məlumat verib. O, Azərbaycanın dinamik inkişafının, uğurlarının diqqətdə saxlanıldığını qeyd edib. Tacikistanda xarici investisiya üçün əlverişli şərait yaradıldığını, qanunvericilik bazasının - İnvestisiya haqqında və Beynəlxalq müqavilələr haqqında qanunların, vergi və gömrük məcəllələrinin formalaşdırıldığını bildirib.
H.Məmmədzadə “ASAN xidmət” haqqında ətraflı məlumat verib, bu xidmətin son illərdə Azərbaycanın brendi kimi dünyada tanındığını bildirib. Səfir 2018-ci ilin Tacikistanda “Turizm və əl işləri sənəti ili” elan olunmasını nəzərə alaraq “ABAD” layihəsi barədə məlumat verib və bu sahədə Azərbaycan tərəfinin Tacikistana yardım göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, Tacikistan tərəfi “ASAN xidmət” təcrübəsinə maraq göstərir və gələcəkdə analoji qurumun yaradılması ilə məhz İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması Məsələləri üzrə Dövlət Komitəsinin məşğul olması nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info