Zeynal Nağdəliyev: ““Seçkiləri elə səviyyədə keçirməliyik ki, beynəlxalq aləmdə yüksək qiymətləndirilsin“
Tarix: 15.02.2018 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


"Biz yerlərdə monitorinqlər keçiririk. Yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verilib ki, təbliğat-təşviqat tədbirlərinin keçirilməsi üçün yerləri müəyyən etsinlər və siyahıları mətbuatda dərc etsinlər". Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev bildirib.
Z. Nağdəliyev seçici siyahılarının daim diqqət mərkəzində olduğunu söyləyib: "2008-ci ildə 500 seçki məntəqəsində veb-kameralar quraşdırıldı. Təəssüf ki, veb-kameraların quraşdırılmasını seçicilərin iradəsinə təzyiq kimi qiymətləndirən qüvvələr də oldu. Artıq iki seçkini məntəqələrdə 1000 veb-kameranın tətbiq olunması ilə keçirmişik. Səslərin hesablanması zamanı kameralar həmin yerə tuşlanır. Seçkiləri elə yüksək səviyyədə keçirməliyik ki, beynəlxalq aləmdə də yüksək səviyyədə qiymətləndirilsin ".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info