Nazir müavini: “Almaniya və digər ölkələrdən fərqli olaraq, Azərbaycanda məhkumların seçki hüquqları təmin edilir”
Tarix: 15.02.2018 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


"Referendumdan sonra keçirilən bu prezident seçkisi əvvəlkilərdən fərqlidir. Prezidentliyə namizəd üçün yaş senzi yoxdur, prezidentin səlahiyyət müddəti 7 ilə çatır. Prezidentin parlamenti buraxmaq, vitse-prezidentlər təyin etmək səlahiyyəti var".  Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində ədliyyə orqanlarının və məhkəmələrin rol və vəzifələri” mövzusunda çıxış edən ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
A. Cəfərov bildirib ki, ədliyyə orqanlarının seçkilərin keçirilməsi və təşkilində vəzifəsi məlumdur: "Bura normativ sənədlərin təsdiq edilməsi, penitensiar müəssisələrdə, yəni istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçkilərin təşkil edilməsi daxildir. Artıq 22 ildir ki, Azərbaycanda azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirakını təmin etmək üçün seçki komissiyaları ilə sıx əməkdaşlıq həyata keçirilir. Məhkumların və azadlıqdan məhrum olunmuş şəxslərin seçki hüquqları təmin olunur. Almaniya, Macarıstan, Bolqarıstan kimi ölkələrdə bu insanların belə hüquqları yoxdur. Bəzi ölkələrdə isə ağır cinayət törətmiş, müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslərin belə hüquqları yoxdur".
Nazir müavini qeyd edib ki, penitensiar müəssisələrdə seçkilər MSK-nın müvafiq təlimatına uyğun keçirilir: "Həbs edilmiş və cəza çəkən şəxslərin seçkilərdə iştirakını təmin etmək, seçkilərin azad və şəffaf keçirilməsi üçün bütün mexanizmlər mövcuddur. Penitensiar müəssisələrdə MSK, DSK-ların iştirakı ilə seçki komissiyası yaradılır, müvafiq maarifləndirmə işləri aparılır. Seçki ilə bağlı televiziyalarda çıxışların cəza çəkən şəxslər tərəfindən izlənilməsinə şərait yaradılır. Elə penitensiar müəssisələr var ki, hətta orada 2 seçki məntəqəsi yaradılır. KİV təmsilçilərinin, beynəlxalq müşahidəçilərin bu məntəqələrdə müşahidəsi üçün müvafiq qaydada şərait yaradılır. Seçki günü seçki komissiyalarının üzvlərinin penitensiar müəssisələrin ərazilərində sərbəst hərəkət etməsinə şərait yaradılır. 2013-cü ildə keçirilən prezident seçkilərində penitensiar müəssisələrdə cəza çəkən insanların, məhbusların 99 faizinin iştirakı təmin edilib".

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info