“Azərbaycan beynəlxalq reytinq siyahılarında yüksək yerləri tutur”
Tarix: 15.02.2018 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


"Azərbaycanın iqtisadi qüdrəti bilavasitə sənayenin inkişafı ilə bağlıdır".
 
Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən “Azərbaycanın innovativ sənaye trendləri: Mövcud potensialı, inkişafı və perspektivləri” mövzusunda konfransda bildirib.
 
Onun sözlərinə görə, bu gün Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi fəaliyyət göstərir: “Azərbaycan beynəlxalq reytinq siyahılarında davamlı olaraq yüksək yerləri tutmaqda davam edir”.
 
O bildirib ki, Azərbaycan polimer istehsalında böyük təcrübəyə malik olacaq: "SOCAR-Polymer”də elə məhsullar istehsal edilməlidir ki, onlar dünya bazarlarında  rəqabətə dözümlü olsunlar. Orada istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılacaq”.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı bildirib ki, bu gün universitetdə 11 minə yaxın tələbə təhsil alır: “İki il bundan əvvəl bu tələbələrin sayı 7 500 nəfər idi. Universitetdə magistratura və doktoranturada təhsil alanların sayı da artıb. Əvvəlki illərdə universitetdə 384 nəfər magistr təhsil alırdısa, bu gün onların sayı 1100 nəfər olub. Artıq iki ildir ki, 4 ixtisas üzrə tələbələrə ingilis dilində tədris aparılır. Bəzi fənlər isə fransız dilində tədris edirlər və  bu fənləri tədris edən müəllimlər Strasburq Universitetinin müəllimləridir”.
 
M. Babanlı deyib ki, ADNSU da İqtisadiyyat Nazirliyinə “Made in Azerbaijan” brendi altında məhsul istehsal etməyə yardım etməyə hazırdır.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Aşkarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev isə bildirib ki, əvvəl Azərbaycanda 1,2 mln. ton sürtkü  yağı istehsal olunub. O, avtomobil yağlarının keyfiyyəti ilə bağlı nəzarətin artırılmasını təklif edib: "Ancaq indi isə bazarda külli miqdarda kustar üsulla hazırlanmış keyfiyyətsiz yağlar satılır. Heç kim bunlara nəzarət etmir. “Azərenerji”nin modul tipli stansiyalarında “Nutella-40” tipli yağlar istifadə edilir. Biz hələ on il öncə təklif etdik ki, bu yağların tərkibi öyrənilsin və birgə müəssisə yaradılaraq həmin yağlar istehsal edilsin”.
 
O, avtomobil yağlarının keyfiyyəti ilə bağlı nəzarətin artırılmasını təklif edib




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info