Binəqədidə daha bir küçənin yenidən qurulması yekunlaşır
Tarix: 15.02.2018 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunda daha bir küçədə aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, söhbət 945 metr uzunluğa malik Məsud Davudoğlu küçəsindən gedir. Artıq küçənin təqribən 600 metrlik hissəsində işlər tam olaraq yekunlaşdırılıb.
Aparılan yenidənqurma işləri zamanı küçənin eni 7-8 metrdən ortalama 12 metrə çatdırılıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.
Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri tikilir, mövcudları isə bərpa olunur. Yolboyu piyada səkilərinin kənarlarına 2 min poqonmetr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 2 yerdə “cib”li dayanacaq hissələr yaradılıb.
Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, 15 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçünsə 70 ədəd yeni baxış qapaqları qoyulur.
Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 10 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info