Məzahir Pənahov: “Seçki prosesinin yüksək səviyyədə təşkili üçün bütün lazımi tədbirlər görüləcək”
Tarix: 15.02.2018 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Bu seminar-müşavirənin davamı fevralın 19-21-də regionlarda dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcək. Təşkil olunan tədbirlərdə rayon icra hakimiyyəti başçılarının müavinləri, məhkəmə sədrləri, prokurorlar və polis rəisləri iştirak edəcəklər.
Bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. MSK-nın sədri qeyd edib ki, seminar-müşavirədə Seçki Məcəlləsinin tələbindən irəli gələn məsələlər yerli rəsmi qurumun rəhbərlərinə çatdırılır. Bununla yanaşı, MSK nümayəndələri də regionlarda təşkil edilən tədbirlərdə iştirak edəcəklər. Seçki prosesinin yüksək səviyyədə təşkili üçün bütün lazımi tədbirlərin görüləcəyini qeyd edən Məzahir Pənahov bildirib ki, seçkiləri izləmək üçün müxtəlif ölkələrdən müşahidəçilər dəvət olunacaq. Həmçinin məntəqələrin 20 faizində vebkameralar quraşdırılıb ki, bu da seçki prosesinin şəffaf formada izlənməsinə kömək edəcək.
“Cəmiyyətdə baş verən proseslərin güzgüsü mətbuatdır. Azərbaycanda artıq kifayət qədər məsuliyyətli və peşəkar mətbuat formalaşıb”, - deyən Məzahir Pənahov seçki prosesinin şəffaf və demokratik keçirilməsində KİV-in də müstəsna rolunun olduğunu bildirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info