«ArmenianReport»: “Ermənistan-Rusiya: zorən müttəfiqlər”
Tarix: 15.02.2018 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


“Bu gün beynəlxalq vəziyyət tələb etsə də, Ermənistan xarici siyasətin inkişaf vektorunu dəyişdirə bilməz”

«ArmenianReport» saytında Ermənistan-Rusiya münasibətlərinə həsr olunan yazı yer alıb. Orada deilir : «Bu günə qədər hökumətimizin rəhbərləri Kremlin səlahiyyətliləri ilə mehriban münasibət saxlayırlar. Ancaq Moskva bunun əbədi olamayacağını başa düşməli və nə vaxtsa Ermənistanda hakimiyyətə gələn yeni hökumətin bir çox şeyləri xatırlayacağını başa düşməlidir.
Müttəfiq Ermənistan zorla təzyiqə məruz qalır . Təbii ki, Rusiya-Ermənistan əlaqələrindən danışarkən ilk ağıla gələn budur. Axı bizim ruslarla olan əlaqələrimizin yoxlanılmış gücü hamıya məlumdur. Lakin son illərdə ölkələrimiz arasında mövcud olan qarşılıqlı narazılıqlar məhz Rusiya tərəfinin günahı sayəsində daha da ağırlaşmağa doğru gedir. Bunu Ermənistandakı siyasətçilərlə yanaşı, ölkə mediası da etiraf etmək məcburiyyətindədir. Ancaq bütün bunlara baxmayaraq, Ermənistan və Rusiyanın hakimiyyət orqanları 10-12 il əvvəl erməni cəmiyyətində təsəvvür etmək mümkün olmayan anti-rus duyğusunun sürətlə artdığını görmədən, heç bir şeyin baş verməyəcəyini iddia edərək, pis bir oyundan yaxşı bir şey qurmağa davam edirlər.
Beləliklə, Moskvada "Ermənistan-Rusiya: Birlikdə" sərgisinin açılışında iştirak etmək üçün bu ölkəyə təşrif buyuran erməni spiker Ara Babloyan burada rusiyalı şəmkarı Vyaçeslav Volodinlə «çox əsrlik ortaqlıq, qardaşlıq və dostluğun» bundan sonra da davamına qərar veriblər: «Rusiya və Ermənistan strateji tərəfdaşlardır. Əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşayan xalqlarımızı bir çox şeyi birləşdirir»- deyə bildirən rusiyalı spiker iki ölkə arasındakı münasibətlərin həm siyasi, həm də iqtisadi sferada dinamik inkişaf etdiyini bildirib. Erməni spiker də iki ölkə arasında çoxtərəfli əlaqələrin inkişafının davam etdirilməsini vacib hal kimi dəyərləndirib.

“Bu gün Moskva Ermənistana qarşı maliyyə və iqtisadi siyasətindən də narazı ola bilməz. Belə ki, Rusiya 2016-2017-ci illərdə Afrika ölkələrinin 20 milyard dollarlıq borcunu bağışladı, Qırğızıstan, Özbəkistan və Monqolustanın isə təxminən 1,4 milyard dollarlıq borcunu bağladı. Bizimlə isə təm fərqli hərəkət etdi, yəni ən əhəmiyyətli dövlət müəssisələrini ödəyə bilmədiyimiz borca əvəz kimi aldı”


Maraqlıdır ki, tədbirdə antierməni çıxışı ilə yadda qalan Vladimir Jirinovskinin iştirakı da ermənilər tərəfindən dəstəklənib. Sərgi iştirakçılarının çoxunda ikrah hissi oyatmasına baxmayaraq, Ara Babloyan Jirinovskini qucaqlayıb opməyi belə, unutmayıb. Belə-belə işlər... Ancaq, axı bu, Bakıya silah satan həmin Moskvadır. Əlbəttə ki, bu da başa düşüləndir ki, Rusiya xüsusi bir silah bazarıdır və kimsə bu bazarı tərk edəcəyi təqdirdə, tez bir zamanda digər silah istehsalçıları tərəfindən “işğal ediləcəklər”. Lakin əxlaq və etikanın harada qaldığını başa düşmək olmur, Rusların bizə təklif etdiyi dostluq budurmu? Axı söhbət burada dövlətdən deyil, Rusiyanın müttəfiqi, Moskvanın bütün mümkün yollarla müdafiə etməsi lazım olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü Ermənistandan gedir. Təəssüf ki, Kremldəki rubl arxasınca qaçanlar, həmişə Ermənistanla olan qarşılıqlı öhdəliklərini unudurlar. Bu, Ermənistan Avropa İttifaqı ilə saziş imzaladıqdan sonra da belə oldu. Ölkənin aparıcı telekanallarında yer alan isteriyaların nəyə xidmət etdiyini də başa düşmək olmurdu. Rus telekanalları Ermənistanı hətta “gəzəyən qadınla” müqayisə edirdilər. Amma Ara Babloyan bunların Ermənistanda ruslara qarşı həssaslığın artımasına gətirib çıxardığını Volodinə deməyə cəsarəti çatmadı.
Bu gün erməniləri ağrıdan, qıcıqlandıran digər bir məsələ Türkiyənin Moskva ilə qurduğu münasibətlərdir. Bu ermənilərə yaman yer eləyib. Məhz məsələyə bu aspektdən münasibət bildirən erməni saytı , ermənilərdən fərqli olaraq, türklərin heç vaxt ruslarla müttəfiq ola biləcəyini istəmirlər. Onların iddiasına görə bunu tarix sübut tsə də, bu gün “Moskva bu tarixə tüpürüb”. Ermənilərə görə, Rusiya bu gün Cənubi Qafqazdakı «etibarlı» tərəfdaşından daha çox, türklərlə olan «qısamüddətli» marağa önəm verir: «Bu gün Moskva Ermənistana qarşı maliyyə və iqtisadi siyasətindən də narazı ola bilməz. Belə ki, Rusiya 2016-2017-ci illərdə Afrika ölkələrinin 20 milyard dollarlıq borcunu bağışladı, Qırğızıstan, Özbəkistan və Monqolustanın isə təxminən 1,4 milyard dollarlıq borcunu bağladı. Bizimlə isə təm fərqli hərəkət etdi, yəni ən əhəmiyyətli dövlət müəssisələrini ödəyə bilmədiyimiz borca əvəz kimi aldı. Bəli, biz ruslarla müttəfiqik. Biri –birinə inamını itirmiş müttəfiq. Çünki hazırkı mərhələdə bizim səlahiyyətlilərimiz Rusiyadan çox asılıdırlar. Bu gün beynəlxalq vəziyyət tələb etsə də, Ermənistan xarici siyasətin inkişaf vektorunu dəyişdirə bilməz. Bu gün Ermənistan bütünlüklə, Rusiyanın qəyyumluğundadır. Kreml Sərkisyan və onun komandası ilə istədiyi şəkildə davranmağa özünə icazə verib. Lakin Kreml Sərkisyanın əbədi olmayacağını da başa düşməlidir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info