NATO ölkələri “hərbi Şengen” yaradır
Tarix: 16.02.2018 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Müdafiə nazirləri Avropada hərbi qüvvələrin daşınmasının təmin edilməsi ilə bağlı yeni komanda qərargahı mərkəzi yaratmaq barədə razılığa gəliblər
“Yeni strukturun yaradılması Avropanın cənubunda yerləşən ölkələr, təhlükəsiz kommunikasiya, o cümlədən Şimali Amerika ilə Avropanı birləşdirən dəhlizlərin qorunması baxımından aktualdır. Logistika üzrə komandanlıq vacibdir”
NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər. Bu barədə "RİA Novosti" Brüsseldəki hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb. Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən toplantıda razılaşdırıblar. Onlar Avropada hərbi qüvvələrin daşınmasının təmin edilməsi ilə bağlı yeni komanda qərargahı mərkəzi yaratmaq barədə razılığa gəliblər. Bu ideya ilk olaraq ABŞ-ın Avropada quru qoşunlarının keçmiş komandanı Ben Hodjes tərəfindən təklif olunub. O bəyan edib ki, ittifaqın qoşunları və hərbi texnikası Avropada “miqrantlar qədər sürətlə” hərəkət edə bilməlidir. Keçmiş komandan bildirib ki, hazırda hərbi qüvvələrin və texnikanın hansısa NATO ölkəsində yerləşdiirilməsi bir sıra çətinliklərlə müşahidə olunur. O, bəzi ölkələrin çətinlik yaratdığını qeyd edib. Konkret misal gətirən general bildirib ki, ABŞ əsgərlərinin və hərbi texnikanın Polşadan Almaniyaya aparılması təxminən 5 gün çəkir. Keçmiş komandanın səsləndirdiyi bu təklif dərhal Litva, Estoniya və Hollandiya tərəfindən dəstəkləndi. Amma bəzi ekspertlər bu məsələnin çətinliklərinin çox olduğunu qeyd edirlər. Belə ki, Avropa İttifaqı ölkələrinin bir çoxunda mövcud olan yollar və körpülər ağır hərbi texnikanın daşınmasına hesablanmayıb. Yeraltı tunellərin hündürlüyü də hərbi texnikanın daşınmasına uyğun deyil. Bəzi uçuş zolaqları da hərbi tapşırıqları yerinə yetirməyə imkan vermir. NATO baş katibi Yens Stoltenberq bildirib ki, Amerika və Avropada yeni yaradılacaq komanda-qərargah məntəqələri bütün potensial təhlükələrə çevik reaksiya verməyə imkan verəcək. NATO ölkələrinin müdafiə nazirləri toplantı çərçivəsində Şimali Amerikadan Avropaya nəqliyyat dəhlizlərinin müdafiəsini təşkili ilə bağlı Atlantika və Avropa komanda-qərargah məntəqələrinin yaradılması ilə bağlı müzakirələr aparıb və ortaq məxrəcə gələ biliblər. Eləcə də Avropada bir sıra qırı qoşun komanda mərkəzləri yaradılacaq. “Bəzi yeni komponentlərin müəyyən istiqamətə yönəldiyini düşünsək, səhv etmiş olarıq. Həmin komponentlər 360 dərəcəyə oriyentasiya olunub. Hansı istiqamətdən olmasından asılı olmayaraq istənilən təhlükəyə çevik reaksiya veriləcək”- deyə Stoltenberq bioldirib. NATO baş katibi bildirib ki, yeni strukturun yaradılması Avropanın cənubunda yerləşən ölkələr, təhlükəsiz kommunikasiya, o cümlədən Şimali Amerika ilə Avropanı birləşdirən dəhlizlərin qorunması baxımından aktualdır. Baş katib logistika üzrə komandanlığın vacib olduğunu bildirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info