Dünyada hər altı uşaqdan biri münaqişə zonasında yaşayır
Tarix: 16.02.2018 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Dünyada münaqişə zonalarında böyüyən uşaqların sayı getdikcə artmaqdadır. Bu barədə məlumat beynəlxalq “Save the Children” qeyri-hökumət təşkilatının hesabatında yer alıb. Hesabatda Yer kürəsində təxminən 357 milyon uşağın, yəni, hər altı uşaqdan birinin böhran və müharibə regionlarında yaşadığı qeyd olunub. Bu isə ötən əsrin 90-cı illərinin əvvəli ilə müqayisədə 75 faiz artım deməkdir. Hesabatı təqdim edən təşkilatın rəhbəri, Danimarka hökumətinin keçmiş rəhbəri Helle Torning-Şmidt bildirib ki, dünyanın bir sıra regionlarında ölüm, işgəncə, cinsi zorakılıqla qarşılaşmalı olan uşaqların evləri, məktəb və oyun sahələri bu gün döyüş meydanlarına çevrilib. Hesabatda qeyd edilən uşaqların tam yarısı xüsusilə ağır münaqişə zonalarında (Suriya, Əfqanıstan, Somali) yaşayırlar. Fiziki və cinsi zorakılıqla yanaşı, uşaqların əsgər kimi müharibələrə səfərbər edilməsi də ən acınacaqlı problemlər sırasındadır. 2010-cu ildən bəri münaqişələrdə ölən və ya yaralanan uşaqların sayında 300 faiz artım müşahidə olunub. Bununla yanaşı, döyüşlərin daha çox əhalinin sıx yaşadığı ərazilərdə baş verməsi uşaqlara humanitar yardımların göstərilməsini də çətinləşdirib. Həmçinin silahlı münaqişələrin müddətinin əvvəlki dövrlərlə müqayisədə uzanması vəziyyətin daha da dramatikləşməsinə gətirib çıxarır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info