Bayıl sürüşmə sahəsindən köçürülən ailələrə kirayə pulu veriləcək
Tarix: 16.02.2018 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Bayıl yamacındakı sürüşmə sahəsində yaranan ekstremal vəziyyətlə əlaqədar əhalinin mənafeyi nəzərə alınaraq, Baş nazir Artur Rasizadə fevralın 13-də sakinlərə kirayə pulunun verilməsi barədə sərəncam imzalayıb.
 
Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
 
Sərəncama əsasən, ərazidən köçürülən 98 ailəyə ilkin olaraq müvəqqəti aylıq kirayə haqqı ödəniləcək.
 
Kirayə haqqı ərazidən köçürülən hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla ödəniləcək: “Bayıl sürüşmə sahəsində tədqiqatlar başa çatanadək və tədqiqatların nəticələrinə əsasən hökumətin yekun qərarı verilənə qədər ailələrin mənafeyi nəzərə alınaraq, baş nazir belə bir sərəncam imzalayıb. Kirayə haqqı hər bir ailə üçün bank hesabına köçürüləcək. Sərəncamın icrası Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb”.  
 
Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı 4 ev tam, 1 ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info