Benzin və dizel istehlakı artıb
Tarix: 16.02.2018 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


2017-ci ildə Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 3,8 mln. ton olub və 2016-cı illə müqayisədə 1% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi istehlakın 34,7%-ni dizel yanacağı, 34,1%-ni avtomobil benzini, 9,1%-ni mazut yanacağı, 6,1%-ni neft bitumu, 4,8%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 4%-ni aviasiya üçün və sair ağ neft, 3,4%-ni maye qaz, 1,1%-ni sürtkü yağları, 2,7%-ni isə digər neft emalı məhsulları təşkil edib. Ötən il Azərbaycanda 1 287,4 min ton avtomobil benzini istehlak edilib ki, bu da 2016-cı illə müqayisədə 1,8% çoxdur.
2017-ci ildə 1312,8 min ton dizel yanacağı istehlak edilib ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 26,7% çoxdur. 2017-ci ildə mazut yanacağının istehlakı 49,3% azalaraq 345,1 min ton, aviasiya üçün və sairə ağ neft istehlakı 8,6% azalaraq 152,8 min ton təşkil edib.
2017-ci ildə Azərbaycanda neft-kimya sənayesində istifadə üçün benzin istehlakı 10,1% azalaraq 181 min ton təşkil edib. Bu müddət ərzində neft bitumunun istehlakı 32,3% artaraq 230,8 min ton, sürtkü yağlarının istehlakı  20% artaraq 42,8 min ton olub.
2017-ci il ərzində maye qazın istehlakı 8,9% azalaraq 128,4 min ton təşkil edib.  

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info