“ABAD və ASAN xidmətlər Azərbaycanın yeni müsbət simasını göstərir”
Tarix: 16.02.2018 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


“ABAD və ASAN xidmətlər Azərbaycanın yeni müsbət simasını göstərir”.
 
Bu sözləri Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Məlumat təhlili və kiçik biznesin inkişafı təşəbbüsünü (ABAD) gücləndirmək üçün ASAN-a dəstək” layihəsinin bağlanış mərasimində deyib. O bildirib ki, Aİ bu layihəyə dəstək verdiyi üçün çox məmnundur: “Bu layihələr Azərbaycanın çox yaxşı brendidir. Layihələr davam edəcək və insanların xidmətlərə daha asan çatmasına yol açacaq. Biz bu gün layihəni başa çatdırırıq, lakin ABAD-a dəstəyimiz UNDP çərçivəsində davam edəcək”. 
 
Səfir xatırladıb ki, hazırda Azərbaycan və Aİ yeni saziş üzərində işləyir: “Azərbaycanla Aİ arasında əlaqələr yeni mərhələyə daxil olub. Sazişlər və layihələrlə tərəflər arasında münasibətlər üst səviyyəyə çıxarılıb”.
 
Daha sonra çıxış edən Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov nəzərə çatdırıb ki, Azərbaycan sosial, iqtisadi, inzibati sahələrdə genişmiqyaslı islahatlar həyata keçirilir və 5 il bundan qabaq bu islahatların tərkib hissəsi kimi “ASAN Xidmət” yaranıb: “ASAN Xidmət dövlət xidmətlərinin göstərilməsində yeni yanaşma gətirdi. Xidmətlər üst səviyyəyə qalxdı. İndiyədək 20 milyon Azərbaycan vətəndaşına xidmət göstərilib. Məmnuniyyət səviyyəsi 98-100 faiz arasında dəyişir. ASAN artıq dünyada Azərbaycan brendi kimi tanınır”.
 
İ. Kərimov deyib ki, ABAD yeni məhsul kimi “ASAN Xidmət”in tərəfdaşlığı ilə icra edilir: “Bu, vətəndaşlarımızın həyatının asanlaşdırılmasına, abadlaşdırılmasına aparan addım oldu. Məqsəd kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaq və regionlarda fəaliyyət göstərən ailə bizneslərinin inkişafına təkan verməkdir. Bir il ərzinsə 203 ailə ABAD-a qoşulub. ABAD dayanıqlı inkişaf modelidir. Bu, bütün dünya üçün faydalı model olacaq".
 
Daha sonra çıxış edən ABAD-ın direktoru Rüfət Elçiyev bildirib ki, Bakıda və regionlarda olmaqla, ABAD-ın 6 satış mərkəzi fəaliyyət göstərir. Onun sözlərinə görə, Aİ-nin ABAD-a dəstək layihəsi 2016-cı ilin oktyabrından başlayıb.
 
Qeyd edək ki, Aİ-nin layihəsinin ABAD-la bağlı hissəsinin rəhbəri Stiven Omulandır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info