“Bakcell” növbəti 5 startap layihəsinə dəstək göstərir
Tarix: 16.02.2018 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti özünün “AppLab” Mərkəzində inkişaf etdiriləcək növbəti layihələrin seçimini başa çatdırıb.
Şirkətdən bildirilib ki, 2017-ci il 15 dekabr - 2018-ci il 15 yanvar tarixlərini əhatə edən ərizə qəbulu mərhələsində gənc developerlər tərəfindən hazırlanmış 32 layihə proqramda iştirak üçün müraciət edib. İlkin seçim mərhələsindən keçən 17 layihənin müəllifi “Bakcell” şirkətinin rəhbərliyi, potensial investorlar, “AppLab” proqramının məzunları və IT sahəsi üzrə ekspertlərdən ibarət “AppLab” komitəsinin qarşısında öz ideyalarını təqdim ediblər. Fevralın 1-də keçirilən təqdimat və seçim mərhələsində layihə müəllifləri tərəfindən mobil əlavələr, animasiya, artırılmış reallıq (Augmented reality), proqram və avadanlıq təminatı kimi sahələri əhatə edən ideya və layihələrin 10 dəqiqəlik təqdimatı olub. Layihələr ekspertlər tərəfindən məqsədəuyğunluq, innovasiya, real yanaşma, biznes modeli, təqdimat üsulu və komanda işi kimi meyarlar əsasında qiymətləndirilib.
Nəticədə, proqramda iştirak üçün 5 ən maraqlı layihə seçilib. Seçilmiş komandalar “AppLab” Mərkəzində təqdim olunan pulsuz internet, masa və təlim otaqları ilə yanaşı, üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana biləcəklər. “Bakcell”in və “AppLab” proqramının digər tərəfdaşlarının nümayəndələrindən ibarət xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarda rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcək.
Növbəti 6 ay ərzində “Bakcell”in “AppLab” proqramında iştirak edəcək layihələr bunlardır: Run2Help - istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləği xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavə; Way To Future – müxtəlif hazırlıq kursları və təlim imkanlarını təklif edən şirkət və təşkilatlar üçün elan platforması; Vavelya – xüsusi tortlar, gül, orijinal hədiyyələr və tərəvəz buketləri onlayn sifariş etmək imkanı verən elektron platforma; Tusi – səhiyyə, təhsil və hətta alış-veriş üçün istifadə oluna bilən artırılmış reallıq tətbiqetməsi; MadebyAz – yerli əl işi, suvenir və digər unikal məhsulları istehsal edən yaradıcı şəxslərə öz məhsullarını müvafiq internet səhifəsində nümayiş etdirib dünyanın istənilən ölkəsində satış üçün təklif etmək imkanı verən elektron platforma.
Qeyd edək ki, təqdim edilən bütün layihələr olduqca perspektivli startap və maraqlı ideyalardan ibarət idi. Həmin layihələr cari ilin yay aylarında keçiriləcək növbəti ərizə qəbulu prosesində yenidən “AppLab” proqramına müraciət edə bilərlər.
“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. Şirkət isə öz növbəsində daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına, onların istedadlarını nümayiş etdirməsinə, ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələri tapmalarına kömək etməyə çalışır. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq “Android” və “iOS” əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
“Bakcell” şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməkdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info