Cəfər Cəfərov: “Pedaqoji tərcübəyə münasibət dəyişməlidir”
Tarix: 16.02.2018 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin əyani təhsilalma forması üzrə pedaqoji təcrübəsinə başlanılıb.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tələbələrin əyani təhsilalma forması üzrə pedaqoji təcrübəsi haqqında məlumat verib. Qeyd edilib ki, 1.885 tələbə 14 həftəlik pedaqoji təcrübəyə yollanır. Onlar Təhsil Nazirliyinin tabeliyindəki üç və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 62 tam orta məktəbdə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki doqquz məktəbəqədər tərbiyə müəssisəsində və altı özəl müəssisədə təcrübə keçəcəklər. Pedaqoji təcrübə səkkiz fakültə üzrə 23 ixtisası əhatə edir. ADPU-nun filiallarının isə 582 tələbəsi pedaqoji təcrübədə olacaq. Ümumilikdə 2.467 tələbə pedaqoji təcrübədə iştirak edəcək.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, pedaqoji təcrübə ali məktəb tələbələrinin həyatında mühüm və məsuliyyətli mərhələdir. Müasir tələblərə uyğun olaraq pedaqoji təhsilə, o cümlədən pedaqoji tərcübəyə münasibət dəyişməli, yeni, fərqli yanaşmalar olmalıdır. Son illər Azərbaycanda müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimin ictimai nüfuzunun yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva pedaqoji təcrübənin yüksək səviyyədə təşkil edilməsi üçün ali və orta məktəblər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi üçün həyata keçirilən yenilikləri, islahatları, layihələri xüsusilə diqqətə çatdırıb, tələbələrə sağlam düşüncəli, milli ruhlu, vətənpərvər vətəndaş və yüksək səviyyəli mütəxəssis kimi formalaşmağı tövsiyə edib.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov və digər çıxış edənlər pedaqoji təcrübənin tələbələrin əldə etdikləri bilik və bacarıqların aşkara çıxarılmasında mühüm rol oynadığını bildirib, gənclərə uğurlar arzulayıblar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info