“Azərbaycanda vergi sahəsində islahatların davam etdirilməsinə dəstək verməyə hazırıq“
Tarix: 16.02.2018 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Vergilər naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
 
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri, vergi sahəsində əlaqələrin genişləndirilməsi, investisiya mühiti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, vergilər naziri Birləşmiş Krallığın Gəlirlər və Gömrük Xidməti ilə ikitərəfli və çoxtərəfli müstəvidə səmərəli əməkdaşlığın mövcud olduğunu və Vergilər Nazirliyinin bu əməkdaşlığın vergi tutmanın müxtəlif sahələri üzrə davam etdirilməsində maraqlı olduğunu bildirib.
 
Baronessa Nikolson Böyük Britaniya şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuşlarının artırılmasının, həmçinin kənd-təsərrüfatı, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, B. Nikolson Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi və bu sahədə islahatların davam etdirilməsi baxımından hər iki ölkənin vergi qurumları arasında əlaqələrin genişləndirilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info