DQİDK yanında İctimai Şuranın ilk iclası keçirilib
Tarix: 16.02.2018 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın ilk iclası keçirilib. İclası giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Qeyd edib ki, Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda da ictimai iştirakçılıqla bağlı qarşıya yeni vəzifələr qoyulub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran Mübariz Qurbanlı Komitə yanında yaradılan İctimai Şuranın bu sahədə atılan növbəti addım kimi dəyərləndirib. O, İctimai Şuranın üzvlərinə Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətlərində uğurlar arzulayıb. Sonra İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. İki il müddətinə fəaliyyət göstərəcək İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev sədr, Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə sədr müavini, Yeni Üfüq İctimai Birliyinin sədri Sevinc Əzimbəyli isə katib seçilib.
İclasda çıxış edən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs edib. Ə. Nuriyev Dövlət Komitəsi tərəfindən cəmiyyətin maarifləndirilməsi yönündə aparılan işlərin önəmini qeyd edərək, İctimai Şuranın bu tədbirlərdə yaxından iştirak edəcəyini və öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info