Türkiyəli professor Bilik Fondunda oldu
Tarix: 16.02.2018 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüb. Fondun mətbuat xidmətindən verilən məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda keçirilmiş konfransda iştirak etmək üçün Bakıya gəlmiş A.Attar ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlarla bağlı tarixi gerçəkliklərin üzə çıxarılaraq beynəlxalq elmi müstəvidə təqdim olunması, Azərbaycanın dünyadakı nüfuzunun təbliği istiqamətində araşdırmalar aparır.  
Görüşdə Bilik Fondunun fəaliyyəti barədə qonağa məlumat verən icraçı direktor Oktay Səmədov bildirib ki, Fondun əsas məqsədi əhalinin maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə daha dolğun çatdırılmasından ibarətdir.
 
Bu istiqamətdə görülən işlərdən danışan icraçı direktor müxtəlif sahələrlə bağlı bilikləndirmə xarakterli layihələrin müəyyən proqramlar əsasında gerçəkləşdiyini diqqətə çatdırıb.
 
O.Səmədov qonağın fəaliyyət prinsiplərinin əsas meyarlarını nəzərə alaraq, Azərbaycançılıq məfkurəsinin yayılması, Dağlıq Qarabağ həqiqətlərinin həm ölkə daxilində, həm də xaricdə təbliği, şəxsin fasiləsiz təhsili, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi formalaşması ilə bağlı Fondun həyata keçirdiyi layihələrdən xüsusilə söz açıb.
 
Professor Aygün Attar Bilik Fondunun fəaliyyətini yaxından izlədiyini deyərək, maarifləndirmə missiyasının daşıyıcı kimi, bu işlərə yaxından dəstək verməyə hazır olduğunu vurğulayıb.
 
Hazırda qardaş ölkə Türkiyədə yaşadığını, elmi və ictimai fəaliyyətlə məşğul olduğunu söyləyən professor Azərbaycanın sürətli inkişafının dünya azərbaycanlıları tərəfindən rəğbətlə qarşılandığını bildirib.
 
A.Attar Bilik Fondunun ölkə xaricində apardığı maarifləndirici işlərə qoşulmaqdan məmnun olacağını da vurğulayıb. O, Fondun “Azərbaycan elmi xaricdə”, Dünya elmi Azərbaycanda” layihələri çərçivəsində əməkdaşlığın səmərəli ola biləcəyini diqqətə çatdırıb.
 
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info