“Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib
Tarix: 16.02.2018 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Fevralın 16-da İmişlidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
Din xadimləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hüseyn İbrahimov rayondakı dini durum, dini icmaların fəaliyyəti barədə məlumat verib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu din siyasətindən danışıb. Qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.
Hazırda nümunəvi dövlət-din münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdiyini bildirən Səyyad Salahlı bu sahəyə göstərilən diqqət və qayğıdan bəhs edib.  Vurğulayıb ki, ölkəmizdə dini ibadətgahlar dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilir, yeniləri tikilir. Mütəmadi olaraq dini icmalara maliyyə vəsaitləri ayrılır.
Bölgədəki dini durumu və nüfuzlu din xadimlərinin fəaliyyətini yüksək qiymətləndirən sədrin birinci müavini dindarların ölkənin quruculuğunda, müdafiəsində, cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanmasında böyük rola malik olduqlarını dilə gətirib. İslamın fundamental dəyərlərinin geniş təbliğ edilməsinin önəmini qeyd edən Səyyad Salahlı dini radikalizm və onun fəsadları barədə də danışıb.  O, radikalizmə qarşı mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizmə qarşı mübarizənin metodologiyası barədə danışıb. Ə.Zülfüqarov dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu diqqətə çatırıb. O, dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara aşılanmasının radikalizmin qarşısının alınmasında ən güclü vasitə olduğunu diqqətə çatdırıb.
İmişli şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Adıgözəl Bəşirov bildirib ki, milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu müsbət dinamika Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Seminar-müşavirənin sonunda qeyd olunub ki, maarifləndirmə məqsədilə keçirilən və gənclərin dini radikalizmlə mübarizədə fəaliyyətlərinin gücləndirilməsi baxımından bu cür tədbirlər gələcəkdə də davam etdiriləcək.  
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info