Hindistan səfiri Biləsuvar rayonuna səfər edib
Tarix: 16.02.2018 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


16 fevral 2018-ci il il tarixdə Hindistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Sancay Rana Biləsuvar rayonuna səfər etmişdir. Biləsuvar rayon İcra Hakimiyyətində səfirlə keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonda istər sosial-iqtisadi, istərsə də kənd təsərrüfatının sahəsində görülən işlərdən danışaraq, son illər ayrı-ayrı sahələrdə əldə olunmuş uğurlar barədə məlumat verdi. Bildirdi ki, rayonumuzda əsasən kənd təsərrüfatının pambıqçılıq, taxılçılıq, tərəvəzçilik sahələri və heyvandarlıq sürətlə inkişaf edir. 2015-ci ildə 3095 hektar sahədən 6362 ton, 2016-cı ildə 6040 hektar sahədən 12062 ton pambıq toplansa da, 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və 24762.0 ton məhsul toplanmışdır. Məhsulun becərilməsi və toplanması dövründə 20 minə yaxın insanın məşğulluğu təmin olunmuşdur ki, bunun da nəticəsində əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir.Bu ildə əhali artıq 8 min hektardan artıq pambıq əkininin müqaviləsini bağlamışdır.Rayonda səmərəsiz istifadə olunan Dövlət Fonduna aid 17 min hektar qış otlaq sahəsinin təyinatı dəyişdirilərək ərazidə 2 Aqropark yaradılmışdır. “Yaşıl ada” və “Aqroinvestment GreenFirm” adlanan Aqroparklarda müasir standartlara uyğun şərait qurularaq, minlərlə insan üçün iş yerləri yaradılmışdır.Aqroparklarda aparılan işlər davam etdirilir. M.Quliyev səfirə rayonda fəaliyyət göstərən “Azərpambıq” MMC Biləsuvar rayon filialında və “Azərsun Holdinqin” Biləsuvar “Natural Green Land” konserv zavodu haqqında məlumat verdi. Səfiri Sanjay Rana görüş zamanı rayonda görülən işlərdən məmnunluğunu bildirdi və ona göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etdi. Sonra səfir “Azərpambıq” MMC Biləsuvar rayon filialında və “Azərsun Holdinqin” Biləsuvar “Natural Green Land” konserv zavodunda olacağını və buradakı iş şəraiti ilə tanış olacağını qeyd etdi. Görüşün sonunda Səfirə adət ənənələrimizi əks etdirən xatirə hədiyyələri təqdim olundu.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info