SOCAR ötən il beynəlxalq ticarət həcmini 2 dəfədən çox artırıb
Tarix: 17.02.2018 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Rövnəq Abdullayev: “SOCAR ölkədə neft və qaz ehtiyatlarının işlənilməsi üçün heç bir xarici tərəfdaşdan asılı deyil”
SOCAR ölkədə neft və qaz ehtiyatlarının işlənməsində heç bir xarici tərəfdaşdan asılı deyil. Əslində, hökumət artıq “Ümid” təbii qaz yatağının işlənməsi üçün maliyyə ayırıb. Lakin dövlət şirkəti olaraq, biz vəsaitin bir hissəsinin qənaət olunmasına, təhsil və səhiyyə kimi digər sahələrə yönəldilməsinə üstünlük veririk. Bu baxımdan, potensial tərəfdaşların qarşılıqlı fayda əsasında layihələrimizə cəlb olunmaq istəyini alqışlayırıq”. Bunu AZƏRTAC-a müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
SOCAR prezidenti qeyd edib ki, şirkətin ticarət qolu olan “SOCAR Trading” şirkəti Azərbaycan xam neftindən əlavə, üçüncü tərəflərin xam neft və neft məhsullarının satışını həyata keçirir ki, bu da ötən il xam neft və neft məhsullarının ticarət dövriyyəsinin həcmini 108 milyon tona çatdırmağa imkan yaradıb: “Nəzərə almaq lazımdır ki, həmin həcmin 86 milyon tonunu üçüncü tərəflərin xam neft və neft məhsulları təşkil edib. Beləliklə, “SOCAR Trading” şirkəti xam neft və neft məhsullarının ümumi ticarət həcmini 2 dəfədən çox, üçüncü tərəflərin məhsullarının satış həcmini isə 3 dəfəyə qədər artırıb. Bu, şirkətin 10 illik yubileyi ərəfəsində qazandığı böyük uğurdur. Bu nailiyyət, əsas etibarilə, “SOCAR Trading” şirkətinin Çin və Hyustonda ofislərinin genişləndirilməsi və “Ağır dizel yanacağı” kateqoriyası üzrə bazar payının artırılması sayəsində mümkün olub. Eyni zamanda, böyük qürur hissi ilə qeyd etmək istərdik ki, bu il SOCAR-n strateji əhəmiyyətə malik 6 layihəsi – Türkiyədə TANAP, “Star” neft emalı zavodu, Gürcüstan və Azərbaycanda isə “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının inşası başa çatacaq və layihələr çərçivəsində istismara başlanılacaq”. Rövnəq Abdullayev deyib ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir: “Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri, ərazi etibarilə Nyu-Yorkun Manhattan rayonunun ərazisinə bərabər olan “Şahdəniz” yatağı yerli və xarici bazarlara qaz təchizatını təmin edir. Yataqdan çıxarılan qaz həcminin müəyyən hissəsi zəmanət əsasında daxili bazar üçün nəzərdə tutulur. Bununla yanaşı, yatağın istismarının ikinci mərhələsində ildə əlavə 16 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır. Bu həcmlər 2018-ci ildən başlayaraq “Cənub Qaz Dəhlizi”nə yönəldiləcək. “Şahdəniz” yatağından başqa, “Abşeron”, “Ümid”, “Qarabağ” yataqları, “Babək” perspektiv strukturu kimi digər sahələrimiz var. Bu sahələr həm enerji mənbəyi, həm də Azərbaycanda inkişaf edən emal sənayesi üçün xammal kimi, daxili bazarın artan tələbatını əlavə qaz həcmləri ilə təmin edəcək. Şirkətin gələcək illər üçün əsas inkişaf istiqamətləri emal və kimya sahələri olacaq. Xüsusilə, plastik istehlak malları və gübrə istehsalı üçün polimer və karbamid istehsalını artırmağı planlaşdırırıq. Hazırda biz yeni neft və qaz yataqlarının işlənilməsi ilə məşğuluq və onların əsasən 2020-2021-ci illərdə istismara veriləcəyi gözlənilir”. O, qeyd edib ki, “Abşeron” yatağı SOCAR və Fransanın “Total” şirkəti tərəfindən birgə işlənəcək: “SOCAR “Ümid” və digər strukturların işlənməsinə dair perspektiv əməkdaşlıq üçün danışıqlar aparmağa hazırdır. Azərbaycan neft-qaz sənayesi zəngin tarixi ənənələrə malikdir və enerji resurslarımızı inkişaf etdirmək üçün bizim kifayət qədər texniki və maliyyə imkanlarımız var. Əslində, hökumət artıq “Ümid” təbii qaz yatağının işlənməsi üçün maliyyə vəsaiti ayırıb. Buna görə də SOCAR ölkədə neft və qaz ehtiyatlarının işlənilməsi üçün heç bir xarici tərəfdaşdan asılı deyil. Lakin dövlət şirkəti olaraq, biz mövcud vəsaitlərin bir hissəsinin qənaət olunmasına, onların təhsil və səhiyyə kimi digər iqtisadi-sosial sahələrə yönəldilməsinə üstünlük veririk”. Rövnəq Abdullayev bildirib ki, Avropa İnvestisiya Bankının TAP-a birbaşa maliyyə töhfəsi Avropanın enerji təhlükəsizliyi baxımından “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini bir daha göstərir: “İndiyədək qoyulan birgə sərmayənin ümumi həcmi 29,7 milyard ABŞ dollarıdır. Azərbaycan “Cənub Qaz Dəhlizi” QSC-nin timsalında bu günə qədər dəhlizin dəyər zəncirinə daxil olan 4 layihədə iştirak payının maliyyələşdirilməsinə 8,7 milyard dollar həcmində investisiya yatırıb. İşlər qrafikə uyğun davam edir və layihə nəzərdə tutulan vaxtda tamamlanacaq. Artıq Cənubi Qaz Dəhlizinin Azərbaycan, Gürcüstan və Türkiyədəki hissələrinin istismarına başlamaqdayıq. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qaz həcmlərinin 2018-ci ilin ortalarında çatdırılması nəzərdə tutulur”.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
“Aksam.com.tr”: “Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir”
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info