23 saylı Musiqi Məktəbinin təmirdən sonra açılışı olub
Tarix: 27.05.2013 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ə. Bədəlbəyli adına 23 saylı 11 illik Musiqi Məktəbinin təmirdən sonrakı açılış mərasimində iştirak edib.
Ə.Qarayev deyib ki, bu musiqi məktəbi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir edilən 12-ci məktəbdir: “Amma hazırda təmir-bərpa işləri aparılan daha üç belə məktəbimiz var ki, yeni dərs ilinə qədər onlar da istifadəyə veriləcək. Məktəbin müasir standartlara uyğun təmir olunması və yeni avadanlıqlarla təchiz olunması buradakı müəllimlərin məsuliyyətini daha da artırmalıdır. Çünki şərait nə qədər yaxşı olarsa, təhsilin səviyyəsi də mükəmməl olmalıdır. Əminəm ki, 86 müəllim 326 şagirdin təlim-tərbiyəsi ilə məsuliyyətlə məşğul olacaq”. Açılış mərasimində nazirlə bərabər, məktəbin direktoru Afət Məhərrəmova, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları və məktəbin şagird, müəllim kollektivi iştirak edib. Kollektiv və media nümayəndələri ilə birgə sinif otaqlarını gəzən nazir məktəbin direktoruna müəyyən göstərişlər verib. Tədbirin sonunda musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info