“AtaSığorta” kimsəsiz uşaqlar üçün rəsm müsabiqəsi keçirdi
Tarix: 27.05.2013 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


“AtaSığorta” ASC valideyn himayəsindən məhrum olan uşaqlar arasında rəsm müsabiqəsi təşkil edib. Müsabiqədə Bakının Saray qəsəbəsi 7 saylı Uşaq Evinin kimsəsiz uşaqları öz bədii yaradıcılıq qabiliyyətlərini nümayiş etdirdilər. Uşaqlar ətraf aləmi şəkillərində “Qoy həmişə günəş olsun” mövzusunda təqdim etdilər.
“AtaSığorta” ASC İdarə Heyətinin sədri Müseyib Əliyev tədbir ilə bağlı bildirdi: “Bu aksiya şirkətin Korporativ Sosial Məsuliyyəti çərçivəsində aparılır və iyunun 1-də hər yerdə qeyd olunacaq Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib. Qayğı və köməyə ehtiyacı olan uşaqlarımızın və gənclərimizin inkişafını daim diqqət mərkəzində saxlayırıq. Bugünkü rəsm müsabiqəsini keçirməkdə məqsədimiz uşaqların mənalı istirahətini təşkil etmək, onları bir araya gətirərək cəmiyyətdə tək olmadıqlarını hiss etdirməkdir”.
Müsabiqənin yekunlarına görə, uşaqlara müxtəlif hədiyyələr, dünya ədəbiyyatından uşaq kitabları təqdim edildi. Müsabiqə başa çatdıqdan sonra konsert oldu, burada uşaqlar qonaqlarla birgə milli musiqimizin sədaları altında şənləndilər. “AtaHolding” Sirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info