Qəsdən uduzduğu üçün cəzalandı
Tarix: 17.02.2018 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


İranlı güləşçi Alireza Kərimi 6 ay müddətinə diskvalifikasiya edilib.
Goal.az-ın məlumatına görə, bu barədə Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi qərar verib.
Kərimi 2017-ci ildə Polşanın Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasındakı dünya çempionatında israilli rəqiblə üz-üzə gəlməməkdən ötrü qəsdən uduzduğu üçün cəzalandırılıb. Onunla yanaşı, şəxsi məşqçisi Həmidrza Cəmşidi 2 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Həmin mundialda 86 kq çəki dərəcəsində çıxış etmiş sərbəst güləşçinin 1/4 finalda rusiyalı Əlixan Cəbrayılova uduzması araşdırılıb. Müəyyən edilib ki, Cəmşidi ikiqat Asiya çempionu və dünya çempionatının bürünc mükafatçısı olan yetirməsinə Cəbrayılova uduzması üçün göstəriş verib. Halbuki Kərimi qalib gəlsəydi, yarımfinalda israilli Uri Kalaşnikovla qarşılaşacaqdı. İranlı məşqçi və güləşçi UWW-nin İntizam Kodeksini birbaşa pozmaqda günahkar bilinib.
Kərimi İran mətbuatına açıqlamasında məşqçisindən göstəriş aldığını təsdiqləyib: "Cəbrayılovla görüşdə 3:2 hesabı ilə irəlidə idim. Bu zaman məşqçim mənə qəsdən məğlub olmağı söylədi. Həmin an mənim üçün dünyanın sonu yetişdi. Dünya çempionu olmaq üçün aylarla çalışmışdım. Dünya çempionluğu hər birimiz üçün yeganə xoşbəxtlikdir".
İran hökuməti isə 24 yaşlı güləşçini qürur mənbəyi adlandırıb. İran Güləş Federasiyası da onu qəhrəman kimi təqdim edib. Öz növbəsində, Kərimi onun addımını yüksək dəyərləndirən ölkə rəhbərliyinə minnətdarlığını bildirib. (report)




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info