«Azersun Holding» ABŞ-a qənd ixrac etməyə hazırlaşır
Tarix: 27.05.2013 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Azərbaycanın aparıcı qida istehsalçılarından biri olan «Azersun Holding» yaxın vaxtlarda yeni məhsulunu - kəllə qəndi ABŞ-a ixrac etməyə hazırlaşır. Bu barədə şirkətin marka rəhbəri Coşqun Heydərov bildirib. Onun sözlərinə görə, «Azersun Holding» yeni məhsulun - kəllə qəndin istehsalına bir qədər əvvəl başlayıb.
Bu məqsədlə 2012-ci ildə İmişli Şəkər Zavodunun tərkibində kəllə qənd istehsalı sahəsi qurulub. Yeni istehsal xəttinin qurulması daxili bazara keyfiyyətli məhsul çıxarmağa imkan verib. Holding artıq bu gün kəllə qəndi müxtəlif qablaşmalarda - doğranmış və bütöv şəkildə ixrac etməyə başlayıb. Hazırda bu məhsul Mərkəzi Asiya respublikaları, həmçinin İraqa və Küveytə ixrac edilir. Yeni məhsulun ABŞ-a da ixracı üçün danışıqlar aparılır. «Danışıqlarda qablaşdırma və s. məsələlər müzakirə edilir. Bu məhsul ABŞ-da yaşayan azərbaycanlılar və digər müsəlman əhali - kəllə qəndin istifadəçiləri üçün nəzərdə tutulur. Digər tərəfdən şirkət üçün məhsullarının ABŞ bazarına çıxması mühüm əhəmiyyət daşıyır», - deyə C.Heydərov bildirib. Bundan başqa, kəllə qəndlər hədiyyə formasında da satılır: «Ənənələrə uyğun olaraq, kəllə qənd toy-nişan mərasimlərində istifadə olunur. Buna görə də kəllə qəndlərin doğranmış və kəsilmiş variantları ilə yanaşı, hədiyyə formasında dizayn edilmiş cəlbedici formaları da satılır».




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Nazirlik 1-ci rübdə vergi sahəsində görülmüş işlər barədə məlumat yaydı
22.04.2019
Xoşbəxt Yusifzadə: “Xarici bazarlara yüz milyonlarla ton neft tədarük edilib”
22.04.2019
Nazir: “Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Bəxtiyar Aslanbəyli: “AÇG yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub”
22.04.2019
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Tarixin ibrət dərsləri...
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info