Lotereya uduşları internetlə qalibin bank hesabına ödəniləcək
Tarix: 27.05.2013 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Lotereya biletlərinin alınması və qaliblərə uduşların ödənilməsində elektron ticarət sistemindən geniş istifadə olunacaq.
Bu, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən təsdiqlənmiş lotereyaların təşkili və keçirilməsi üzrə yeni qaydalarda nəzərdə tutulub. Komitədən verilən məlumata görə, yeni qaydalar lotereya təşkilatçısı tərəfindən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) təşkili, keçirilməsi, məlumatların açıqlanması və hesabatların QKDK-ya təqdim edilməsi proseslərini tənzimləyir. Həmçinin qaydalarda lotereya biletlərinin elektron formada satılması üzrə tələblər müəyyən edilib, habelə elektron nəzarətin həyata keçirilməsi mexanizmləri əksini tapıb. Komitənin Lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri Fərid Rəhimli bildirib ki, qaydalara əsasən, lotereyaların təşkili və keçirilməsi üzrə yeni tənzimləmə çərçivəsi formalaşdırılıb. Əsas yenilik lotereyaların keçirilməsi prosesində elektron ticarət elementlərinin tətbiqi ilə bağlıdır. Belə ki, yeni qaydalara əsasən, lotereya biletlərinin internetlə satışı mexanizmi yaradılıb: «Bu mexanizm vasitəsilə iştirakçılar lotereya buraxan təşkilatın saytına daxil olub bilet ala biləcək və eyni zamanda bu mexanizm vasitəsilə uduşlar da iştirakçının bank hesabına ödəniləcək». Şöbə müdiri qeyd edib ki, qaydalarda tətbiq edilən yeniliklərlə əlaqədar olaraq yeni nəzarət mexanizmləri də yaradılıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info