Müəllimlərimiz yazır
Tarix: 19.02.2018 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Pedaqoji dünüşcələrimiz və təkliflərimiz

Biz hesab edirik ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) hər il müəllimlərin, o cümlədən magistrant və doktorantların elmi-tədqiqatlarının nəticələrinə dair hesabatları ilə yanaşı, konfransları da nəzərdə tutulsun. Belə olarsa, tələbələr öz müəllimlərinin elmi axtarışları ilə daha yaxından tanış edilər, hətta onlar birgə tədqiqatlara qoşularlar. Tədqiqatlar üçün geniş imkanlar da var. Belə ki, klassik ədəbiyyatımızı oxuyarkən qarşıya elə ziddiyyətli məqamlar çıxır ki, üzərindən sükutla keçmək olmur. Bu zaman ziddiyyət təşkil edən məqamlar polemika, mübahisə mövzularına çevrilə bilər. Məlumdur ki, mübahisələr, mülahizələr toqquşmayan yerdə inkişaf olmaz. Eyni zamanda burada tələbələr dialoq, diskussiya mədəniyyətinə yiyələnə bilərlər ki, bu da onların inkişafının vacib amillərindəndir.
ADPU-da yeni formada dərnək və ya seminarlar təklif etmək olar. Belə tədbirlərə klassik mənbələrimizi dərindən araşdırmış alimləri cəlb etmək olar. Bizdə Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid “Molla Nəsrəddin”, “Fyüzat” tədqiqatçıları var. Filoloq tələbələr həmin alimlərdən bu məsələlərlə bağlı mövcud olan konseptual ideyaları, mülahizələri, münasibətləri və yaxud aparıcı istiqamətləri eşidib öyrənərlər. Bütün bunlar da təbii ki, elmi fəaliyyət üçün mühüm rol oynaya bilər.
Bizə belə gəlir ki, tələbələrə təhsilləndirici tədbirləri yeni formalarda, nikbinlik əhvali-ruhiyyəsində qurmanın və genişləndirməyin məqamı gəlib çatmışdır.
Azərbaycan Televiziyasının Mədəniyyət kanalında baxımlı “Məclisi-üns” bu cəhətdən ən yaxşı nümunədir. Həmin tədbirdə ADPU-nun professoru Yaqub Babayev fəal iştirak edir.
Biz, yeri gəlmişkən, “Məclisi-üns”ün verilişlərini uzun illər boyu izləmiş və onun iştirakçılarının dərin biliyə, geniş dünyagörüşünə, eyni zamanda da etik mədəniyyətlərinə həmişə heyran qalmışıq. Belə alimlərin, ziyalıların danışığından hafiz olduqlarını, bir neçə dil bildiklərini, ədəbi dilin normalarına mükəmməl yiyələndiklərini, bir-birinin sözünə qüvvət vermək mədəniyyətini əsl tərbiyə nümunəsi hesab etmişik. İlqar Fəhminin yaradıcılıq potensialı çox geniş olduğu kimi, natiqlərin mülahizələrinə reaksiyaları, əlavələri çox dəqiqdir. Arif Buzovnalı əruz vəznini yaxşı bilir. Necə də gözəl qəzəllər yazır və ədəbi tələffüzdə də gözəl oxuyur.
Fikrimizcə, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid kimi klassiklərin haqqındakı söhbətləri filoloq tələbələrin onların dilindən eşitməsi məqsədəuyğun olardı.
Vaxtilə biz dərslərin də belə keçirilməsini təklif edərdik. Bir vaxtlar Mahir Ələmdar, Teymur Kərimli, Tərlan Quliyevin elmi söhbətləri dinləyiciləri valeh edirdi. Onlar bu məclisdə klassiklərimizin hikmət xəzinəsindən maraqlı söhbətlər açar, sonra məclisin ruhuna uyğun xanəndələr muğam parçaları oxuyardı. Çox yaxşı ki, həmin qiymətli ənənə indi də davam etməkdədir və son illər İlqar Fəhmi, Yaqub Babayev, Əsəd Cahangir, Tərlan Quliyev, Arif Buzovnalı, Sayman Aruz, Firudin Qurbansoy kimi alimlər də bu məclisdə öz məharətlərini göstərirlər. Biz nitq mədəniyyəti kitablarımızda onların natiqliyi ilə yanaşı, sual vermə, rəy söyləmə, söhbətəqoşulma üzrə etik mədəniyyətini yüksək qiymətləndirmişik, tələbələrə nümunə göstərmişik.
Təklif edərdik ki, onlar ADPU-ya filoloq tələbələrlə görüşə gəlsinlər. Eyni zamanda “Nitq mədəniyyəti” fənləri keçirilən dərslərdə iştirak etsinlər. Mühazirələrin interaktiv növləri ilə tanış olsunlar. Müasir mühazirələrin dialoq-diskussiya, debat, mətbuat konfransı, tələbələrin suallarına cavab və s. növlərində ustad dərslərinə baxıb qiymət versinlər. Yaxud da onlar ədəbiyyatdan, nitq mədəniyyətindən açıq dərslərdə mühazirəçi qismində çıxış etsinlər və ya söhbətə qoşulsunlar.
Ədəbiyyatımızda mübahisəli məsələlərə dair onlara suallar verərdik, müsahibələr qurardıq, mübahisələr açardıq. Nəticədə tələbələr çox şey öyrənərdilər. Həm də dərin təfəkkür sahibləri və natiqlikləri olan belə insanlardan aşağıdakı suallara da münasibət bildirmələrini xahiş edərdik:
1.İndi təhsildə poeziya nümunələri təhlil olunub öyrənilir, lakin əzbərlənməsi tələb olunmursa, klassikləri bu gün necə yaşada bilərik?
2. M.Ə.Sabir yaradıcılığının orta məktəb dərsliklərinə az salınması və şeirlərinin əzbərlənməsinin tələb olunmaması məsələsinə siz necə baxırsınız?
3. Biz Filologiya fakültəsində “Nitq mədəniyyəti və natiqlik sənəti” fənnini “Nizami Gəncəvi kursu”, “Məhəmməd Füzuli kursu”, “Hüseyn Cavid kursu”, “Səməd Vurğun kursu”, “Şıxəli Qurbanov kursu”, “Xəlil Rza Ulutürk kursu”, “Ədəbi-bədii natiqlik, şair natiqlər, nasir natiqlər kursu” və “Bədii söz ustaları kursu” kimi proqramlaşdırmışıq. Sizin buna münasibətiniz necədir?
4. Xalqımızın ümummilli lideri Heydər Əliyev bütün məktəblərdə nitq mədəniyyətinin öyrədilməsini tövsiyə edəndən sonra “Nitq mədəniyyəti” fənni tədris planlarına daxil edilmişdir və hazırda ən maraqdoğuran, sevilən fənn kimi tədris olunur. Tələbələrin də ən çox sevdikləri fənlərdən biridir. Bu fənnin məzmununda “Heydər Əliyevin natiqliyi kursu” xüsusi yer tutur. Həmin kursda “Heydər Əliyevin siyasi natiqliyi”, “Heydər Əliyevin neft siyasəti”, “Heydər Əliyev nitq haqqında” və “Heydər Əliyevin nitqi” və s. kimi mövzular proqramlaşdırılmışdır. Eyni zamanda Ulu Öndərin bu kimi müdrik kəlamları əsasında tələbələr seminarlarda təqdimatlar edirlər: “Mədəniyyəti yüksək olan xalq həmişə inkişaf edəcək, həmişə irəli gedəcək!”, “Təhsil millətin gələcəyidir”, “Müasir təhsilimiz Azərbaycanın gələcəyinin təminatçısıdır”, “Mən Yer üzündə müəllim adından yüksək və şərəfli bir ad tanımıram”, “Azərbaycan müəllimləri Azərbaycan ziyalılarının ən layiqli dəstəsidir” və s.
5. Son vaxtlara qədər “Nitq mədəniyyəti” fənni bütün fakültələrdə tədris olunur, imtahanlar isə yazılı qaydada və test üsulu ilə aparılır. Buna sizin münasibətiniz necədir?
Nəhayət, nitq mədəniyyətini və natiqlik sənətini testləşdirməklə biz gələcək natiqləri, xüsusən də, müəllimi natiq kimi yetişdirə bilərikmi?

Vaqif Qurbanov,
ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info