Regionlarda müşahidəçi və seçki fəalları üçün təlimlər keçirilib
Tarix: 19.02.2018 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək  Prezident seçkiləri ilə əlaqədar regionlarda tədbirlərə başlayıb. BU haqda AVCİYA Seçki Qərargahı  Mətbuat Xidməti m’lumat verib. AVCİYA Seçki Qərargahı regonlarda müşahidəçilərə təlimlər keçməklə yanaşı, əhalinin  seçki fəallığını artırmaq üçün maarifçiliyik işlərini də həyata keçirir.
 
İlk tədbirlər Sabirabad, Şirvan, Salyan və Hacıqabul müşahidəçi və seçki fəalları üçün keçirilib. Tədbirlərdə AVCİYA Seçki Qərargahının rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda keçiriləcək Prezident seçkiləri Respublikanın ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biridir. Seçkilərin daha demokratik və şəffaf keçirilməsinə dəstək vermək üçün AVCİYA ölkə üzrə Uzunmüddətli Müşahidə missiyasını həyata keçirir. Bu məqsədlə assosiasiya seçki  ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, MSK-ya müraciətləri, imza toplama kampaniyası və qeydə  alınma proseduru, seçici siyahıları, seçki  prosesi ilə bağlı qanun pozuntuları, seçki şikayətləri, seçki ilə bağlı qanunvericilik bazası, MSK, DSK və MnSK- ların fəaliyyəti, seçkilərlə bağlı KİV-in monitorinqi, təşviqat kampaniyası və seçki gününün monitorinqini təşkil edəcək.
 
Müşahidəşilərə kömək məqsədilə “ Müşahidəçilər üçün yaddaş kitabçası”nəşrə hazırdır. Kitab yaxın günlərdə işıq üzü görəcək.
 
Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvləri, AVCİYA Şirvan Regional ofisinin rəhbərliyi və rayon koordinatorları iştirak ediblər.
 
AVCİYA Seçki Qərargahı növbəti tədbirləri Migəçevir, Yevlax, Naftalan və Ağdaş müşahidəçi və seçki fəalları üçün keçirəcək.
 

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info