Yarmarkada məhsullar 15-20 faiz ucuz satılıb
Tarix: 19.02.2018 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədilə Füzuli rayonunda ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horadiz şəhərində, Zobucuq və Qayıdış qəsəbələri ərazisində, Dördyol adlanan ərazidə keçirilən yarmarkalara rayonun kənd və qəsəbələrindən fermer və sahibkarlar tərəfindən müxtəlif növ ərzaq məhsulları çıxarılıb.
Yarmarkalarda alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Yarmarkalarda rayonda istehsal olunan ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti, şirniyyat və çərəzlər alıcılara bazar qiymətlərindən 15-20 faiz aşağı təklif edilib.
Sakinlər yarmarkaların keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıqlarını bildiriblər. Yarmarkalar Novruz bayramına kimi hər həftənin şənbə və bazar günləri əhalinin sıx məskunlaşdığı dörd məkanda təşkil olunacaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlanıb
18.01.2020
“Sovetski“də söküntü işləri dayandırılıdı
18.01.2020
Azərbaycanda yeni DOST mərkəzləri yaradılacaq
18.01.2020
Bu il müharibə əlilləri və şəhid ailələrinə yeni evlər veriləcək
18.01.2020
Sahil Babayev: Bu ay pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info