Monteneqro Prezidenti Bakıya gələcək
Tarix: 19.02.2018 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç iştirak edəcək.
Dövlət Komitəsindən bildiriblər ki, “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan Forumda Filip Vuyanoviçin çıxışı nəzərdə tutulub. Monteneqro Prezidentinin Çinin xarici siyasəti mövzusunda keçiriləcək paneldə də çıxışı planlaşdırılır.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Monteneqro arasında artıq bir neçə ildir sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nəticəsi olaraq Filip Vuyanoviç artıq üçüncü dəfədir Qlobal Bakı Forumuna qatılır. O, bundan əvvəlki IV və V Qlobal Bakı Forumlarında iştirak edib.
VI Qlobal Bakı Forumunda Monteneqro Prezidenti ilə yanaşı, Albaniya Respublikasının Prezidenti İlir Meta və digər dövlətlərin prezidentlərinin, hökumət başçılarının iştirakı gözlənilir. Forumda, həmçinin keçmiş dövlət və hökumət rəhbərləri, tanınmış ictimai-siyasi xadimlərdən ibarət 500 nəfərədək qonağın iştirakı planlaşdırılır.
Forumda əsasən beynəlxalq münasibətlərdə güc anlayışı, beynəlxalq münasibətlər sistemində meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info