E-ticarət: asan alış-veriş və yeni iş sahələri
Tarix: 20.02.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Bu il qlobal e-ticarət həcminin 2,5 trilyon dollara, 2020-ci ildə isə 4 trilyon dollara yüksələcəyi gözlənilir

Elektron ticarət dövriyyəsinin getdikcə artması bu sahibkarlıq fəaliyyətinin səmərəli və dayanıqlı olduğunu göstərir. Bu gün elektron ticarət bütün dünya dövlətlərinin iqtisadiyyatının dinamik inkişaf edən bir sahəsidir. Ənənəvi ticarətdən fərqli olaraq elektron ticarət yeni iqtisadiyyatın elektron vasitələrdən, o cümlədən internet vasitəsilə əmtəə və xidmətlərlə ticarət formasını təşkil edir.

E-ticarət sektorunda satışlar gündən-günə artır. Online satışlara göstərilən maraq e-ticarət sərmayəçilərini daha da həvəsləndirir. Bu gün dünyada e-ticarət şirkətləri ölkədaxili satışlarla yanaşı, xaricə e-ixracat vasitəsilə fəaliyyət göstərir. XXI əsrdə əlavə dəyər yaratmayan vasitəçilərə yer yoxdur. “Google”, “Facebook”, “Criteo” sayəsində ixracla məşğul olan ölkələrdəki pərakəndəçi-idxalçı şirkətləri aradan çıxararaq istehlakçılarla birbaşa əlaqə yaratmaq mümkündür. Bu gün bizim də ölkəmizin “Made in Azerbaijan” brendi tanınır və ona olan etibarı avantaja çevirmək, ölkə iqtisadiyyatına dəstək olmaq lazımdır. Ancaq e-ticarəti inkişaf etdirmək üçün bu istiqamətdə daha güclü fəaliyyət göstərmək lazımdır. E-ixrac platforması məhz e-ticarət istiqamətində hansı vacib addımların atılmasını açıqlayıb. Hansı ölkə hədəf götürülürsə, o ölkənin dilində müştəri xidmətləri ilə bağlı dəstək də daxil olmaqla bir çox işi eyni vaxtda düzgün etmək məcburidir. Bu gün e-ixracla məşğul olmaq istəyənlər üçün vacib olan amillərdən biri məhz yerli dildir ki, sayt hədəf ölkənin dilində hazırlandıqdan sonra məhsulun xüsusiyyətlərini yerli dildə sayta yerləşdirmək lazımdır. Əlaqə səhifəsində hədəf ölkəyə aid bir müştəri xidməti nömrəsi olmalıdır və yerli ünvandan istifadə etmək qeyd edilir. Beləliklə, sayt ziyarətçiləri sizin ölkənin yerli e-ticarət saytı olduğunuzu düşünür. Hər ölkədə artıq hazır ofis və qiyabi ofis təqdim edən şirkətlər var. Bütün ödəniş üsulları aktiv olmalıdır. “Iyzi Co” ilə bütün dünyadan kredit kartıyla ödəmə etmək olar. Digər ödəniş üsullarını da aktiv etmək məcburidir Məsələn, Almaniyada kredit kartı ilə ödəniş etmək cəmi 7 faizdir. Bununla yanaşı, “Aramex” Yaxın Şərqdə mal təslim edərkən “qapıda ödəmə” üsulunu təqdim edir. “B2C Direct” ilə Rusiya və Ukrayna satışlarında “qapıda ödəmə”klə malı təslim almaq mümkündür. Hədəf ölkənin bazarlarına baxmaq daha məqsədəuyğundur. İranda “Bamilo”, Rusiyada “Ozon” və “Lamo”, Almaniyada “eBay” və “Amazon” kimi bazarları göstərmək olar. Bazarlarda həyata keçirdiyiniz satışların karqolarını içinə öz e-ticarət saytınızın yerli dildə broşürlərini yerləşdirmək lazımdır. Bununla sayt yeni müştərilər cəlb edə bilər. Bu gün artıq “Google”, “Facebook” və “Criteo” dünya internetinə ağalıq edir. Online ticarəti asanlaşdırır, sərhədləri ortadan qaldırır.

Elektron ticarət vərdişlərinin formalaşmasına ehtiyac var
Qeyd edək ki, e-ticarətdən ilk dəfə ABŞ-da XX əsrin 60-cı illərində istifadə edilməyə başlanılıb. 90-cı illərin ortalarından başlayaraq bütün dünya üzrə elektron ticarət sahəsində fəallığın artması müşahidə olunub. Hazırda, demək olar ki, istənilən malı şəbəkə vasitəsilə almaq mümkündür. Bu gün bir çox insan online alış-verişdən yararlanır. Statistik məlumatlar da göstərir ki, Azərbaycanda online alış-veriş sahəsində iş imkanları getdikcə artır. Bu istiqamətdə yeni iş sahələrinin, bir sıra peşə sahələrinin önə çıxmasına səbəb olur. Hazırda ölkəmizdə elektron qaydada pərakəndə ticarət şəbəkəsində milyon manatlarla məhsul satılır. Bu sahənin daha da inkişafı üçün insanlarda elektron ticarət vərdişlərinin formalaşmasına ehtiyac var. 2020-ci ildə qlobal e-ticarət həcminin 64 faizinin inkişaf etməkdə olan ölkələr tərəfindən yaradılması gözlənilir. Dünyada e-ticarət dövriyyəsi 2016-cı ildə 2 trilyon dollar olub, cari ildə isə qlobal e-ticarət həcmi 2,5 trilyon dollar səviyyəsində çatacağı, 2020-ci ildə 4 trilyon dollar olacağı gözlənilir. Məsələn, ötən ilin 4 ayı ərzində “Azexport.az” portalına 111 milyon dollardan çox ixrac sifarişi daxil olub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info