Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar
Tarix: 20.02.2018 | Saat: 02:53:00 | E-mail | Çapa göndər


Gimnastika növləri üzrə Azərbaycan yığma komandalarının üzvləri bir sıra beynəlxalq yarışlarda iştirak ediblər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə “Flanders International Acro Cup” adlı beynəlxalq turnirdə 11-16 yaşlı gimnastlar arasında mübarizə aparan Murad Rəfiyev-Daniel Abbasov cütlüyü uğurla çıxış edərək qızıl medal qazanıb. Gənc akrobatlar temp hərəkətlərinə görə finalda 26,800 xal toplayaraq bütün rəqiblərini geridə qoyublar. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq, 25,850 xalla Portuqaliya və 23,800 xalla Böyük Britaniya təmsilçiləri qərarlaşıblar. Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlidən ibarət qadın qrupumuz isə yeniyetmələrin final yarışlarında 12-ci yerdə qərarlaşıb.
Belçikada keçirilmiş ilin ilk dünya kuboku yarışında mübarizə aparan Seymur Cəfərov-Murad Əkbərov cütlüyü və Abdulla Əl-Məşayxi-Ruhidil Qurbanlı qarışıq cütlüyü yarışların finalında yeddinci yeri tutublar.
Moskvada isə bədii gimnastika üzrə Qran-Pri yarışlarına yekun vurulub. Bu yarışlarda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvü Zöhrə Ağamirova təmsil edib. O, çoxnövçülük yarışlarında hakimlərdən 53,000 xal toplayaraq 22-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, Moskvada keçirilmiş və Yeniyetmələrin Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda təmsilçimiz Dərya Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq lisenziya əldə edib.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info