Fransada eynicinsli nikahlara qarşı kütləvi aksiya
Tarix: 27.05.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Fransada 150 minə yaxın insan eynicinsli nikahları leqallaşdıran qanunun əleyhinə etiraz aksiyası keçirib. “İTAR-TASS” xəbər verir ki, ekstremistlərin çoxu üzlərini şərf və yaylıqlarla, başlarını isə xüsusi başlıqlarla gizlədiblər. Onlar fransız bayrağına bürünərək “Olland, bizə sənin qanunun lazım deyil” deyə qışqırıblar. Daha sonra isə ictimai asayişi pozaraq KİV nümayəndələrinə hücum edərək, onlara taraqqalar, şüşə və taxta atıblar. Polis bütün küçələri blokadaya almış və etiraz edən gəncləri sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib. 293 nəfər saxlanılıb, onlardan 231-i nəzarətə alınıb. Asayiş keşikçiləri eynicinsli nikahlar əleyhinə keçirilmiş mitinqlər zamanı 100 nəfəri saxlamışdı. Fransız polisinin məlumatına görə, mayın 18-də imzalanmış qanuna etiraz edənlərin və etiraz nümayişinə çıxanların sayı 150 min nəfərə çatıb. Təşkilatçılar isə bu rəqəmin bir milyona yaxın olduğunu bildirirlər. Eynicinsli nikahların bağlanması və uşaqların övladlığa götürülməsini leqallaşdıran qanun Fransanı praktiki olaraq ikiyə böldü. Eynicinsli nikahların tərəfdarları və əleyhdarlarının nümayişi 2012-ci ilin payızından etibarən keçirilir. Etiraz aksiyalarına baxmayaraq, qanun layihəsi müzakirələrin bütün mərhələlərindən keçmiş və mayın 18-də Fransa prezidenti Fransua Olland tərəfindən imzalanmışdı. Bununla da, Fransa eynicinsli nikahları leqallaşdıran 9-cu Avropa ölkəsi oldu.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info