Pakistan prezidenti: “Azərbaycan və Pakistan birgə müəssisələr yaratmalıdır»
Tarix: 20.02.2018 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


"Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı ticarət üçün böyük potensial mövcuddur".
 
Pakistan KİV-də yayılan məlumata görə, bunu Pakistan prezidenti Məmnun Hüseyn bu ölkədə səfərdə olan Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşü zamanı bildirib. Onun sözlərinə görə, hər iki ölkə bu imkanlardan yararlanmaq üçün birgə işləməlidirlər.
 
Pakistan prezidenti vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün mütəmadi olaraq biznes və işgüzar görüşlər keçirilməlidir. O qeyd edib ki, bu məqsədlə Azərbaycan və Pakistan müxtəlif bölgələrdə fəaliyyət üçün birgə müəssisələr yaratmalıdır.
 
M.Hüseyn bildirib ki, hər iki ölkə əsas qlobal və regional məsələlərdə ümumi mövqeyə malikdirlər və bir-birilərini beynəlxalq forumlarda dəstəkləyirlər: "Bu da iki ölkə arasında sıx və qardaşlıq münasibətlərinin təcəssümüdür".
 
Pakistan prezidenti qeyd edib ki, ölkəsi Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıyır və xüsusilə Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. O, Azərbaycanın Cammu və Kəşmir məsələsi ilə bağlı Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirib.
 
Samir Şərifov isə bildirib ki, Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir və hesab edir ki, bu məsələ BMTTəhlükəsizlik Şurasının bəyannamələrinə uyğun öz həllini tapmalıdır. O həmçinin bildirib ki, Azərbaycan gələcəkdə də Pakistanla iqtisadiyyat müxtəlif sahələrində əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info