Tələbələrin nəzərinə: “Made in Azerbaijan” biznes ideya müsabiqəsi başlayır
Tarix: 20.02.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında 3-cü “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir. Müsabiqənin məqsədi Prezidentin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir. Müsabiqədə Azərbaycanın bütün ali məktəblərinin tələbələri işirak edə bilər. Müsabiqədə ilk üç yeri tutan tələbələr qiymətli hədiyyələrlə yanaşı, bir həftə Türkiyənin aparıcı universitetlərində fəaliyyət göstərən uğurlu startapların təcrübəsinin öyrənilməsi imkanını əldə edəcəklər. Biznes ideya fərdi olaraq hazırlanmalı, sərəncama və müsabiqənin missiyasına uyğunlaşdırılmalıdır. Eyni zamanda mövzuya modern, orijinal, kreativ və aktual yanaşma olmalıdır. Layihənin daxili bazarda tətbiqinin reallıq imkanları da nəzərə alınmalıdır. Biznes ideyaların qəbulu martın 31-dək davam edəcək. Təqdim edilən biznes ideyaları aprelin 1-dən 20-dək ekspert şurası dəyərləndirəcək və finalçılar müəyyənləşdiriləcək. Müsabiqənin final mərhələsi aprel-may aylarında keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər biznes ideyalarını ideya@unec.edu.az elektron ünvanına göndərə bilər. Qeydiyyat zamanı e-ünvanın “mövzu/subject” bölməsində “biznesideya2018” sözü qeyd olunmalıdır.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info