“La Vanguardia”: “Ermənistan qoşunları 613 Xocalı sakinini öldürüb”
Tarix: 20.02.2018 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


İspaniyanın nüfuzlu “La Vanguardia” qəzeti Azərbaycan Respublikasının İspaniyadakı səfirliyinin Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı təşkil etdiyi tədbir haqqında məqalə yayıb.
Məqalədə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun tədbirdəki çıxışından fikirlərə yer verilib. Azərbaycan səfiri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunlarının Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfərin öldürüldüyünü, bu soyqırımı faktının beynəlxalq aləm tərəfindən hələ də ədalətli qiymətini almadığını qeyd edib.
İspaniya qəzeti BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağla bağlı qətnamələr qəbul edildiyini, bu qətnamələrdə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılmasının tələb olunduğunu xatırladır.
Məqalənin sonunda Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” kampaniyasının bir hissəsi olduğu vurğulanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info