SOCAR-AQŞ Banqladeşdə 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq
Tarix: 20.02.2018 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


SOCAR AQŞ və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (“BAPEX”) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanıb.
SOCAR-dan bildirilib ki, Banqladeş Hökumətinin Qanunvericilik və Parlament Məsələləri Bölməsinin baş katibi Muhəmməd Şahidul Haq və Enerji və Mineral Ehtiyatlar bölməsinin katibi Nazimuddinin Choudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində SOCAR AQŞ şirkətinin baş direktoru Ramin İsayevlə görüşüb. Görüşdə SOCAR AQŞ və BAPEX arasında Banqladeşin yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandumu SOCAR AQŞ-nin baş direktorunun əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev və “BAPEX” şirkətinin baş meneceri İslam Muhəmməd Novşad imzalayıb.
SOCAR AQŞ daha əvvəl “BAPEX” şirkətinin elan etdiyi beynəlxalq tenderdə qalib gələrək, Banqladeş Xalq Respublikasının “Semutang-Cənub-1”, “Begumganj-4” və “Madarganj-1” qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini yerinə yetirəcək. İki quyu kəşfiyyat, bir quyu isə qiymətləndirmə məqsədi ilə quruda qazılacaq.
Bakıda imzalanan Anlaşma Memorandumu məhz bu kəşfiyyat və qiymətləndirmə quyuların qazılmasından sonra əməkdaşlığın genişləndirilməsi perspektivi baxımından mühüm əhəmiyyət kəsb edir.
Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak edən Banqladeş Hökumətinin Enerji və Mineral Ehtiyatlar bölməsinin katibi Nazimuddin Couduri bildirib: “İki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlər mövcuddur. Bugünkü imzalanma mərasimi iki müəssisə və nəticədə iki ölkə arasında əməkdaşlığın yeni vüsət almasına və dərinləşməsinə xüsusi təkan verəcək”.
“BAPEX” şirkətinin baş meneceri İslam Muhəmməd Novşad qeyd edib: “Azərbaycan neftçilərinin zəngin təcrübəsi bizim regionun neftçiləri üçün həmişə ən yaxşı məktəb olub. SOCAR AQŞ-nin milli qazma sənayesindəki innovativ imici və imza atdığı ilklər bugünkü əməkdaşlığın gerçəkləşməsində önəmli rol oynayıb. Əminəm ki, gələcəkdə də SOCAR AQŞ ilə digər birgə layihələrin icrasında çalışmaqda davam edəcəyik”.
SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev isə deyib: “SOCAR AQŞ ölkəmizdən mal və xidmətlərin ixracının artırılmasında dövlət siyasətimizə uyğun olaraq, qazma sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar “BAPEX” şirkətinin elan etdiyi beynəlxalq tenderdə iştirak edərək qalib gəlib və müvafiq müqavilə imzalanıb. Biz hər il təxminən 7 faizdən çox artan iqtisadiyyata malik Banqladeşin neft-qaz yataqlarının işlənməsində iştirakımızı yüksək qiymətləndirir və “BAPEX” ilə gələcək əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.
Xatırladaq ki, SOCAR-AQŞ MMC qazma xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti müasir texnika və texnologiyalardan istifadə etməklə quyu tikintisinə dair tam xidmətlər paketini təklif etməkdən ibarətdir. SOCAR AQŞ bu günə kimi 200 min metrdən çox qazma işləri yerinə yetirib, 67 quyunu sifarişçiyə təhvil verib. Hazırda şirkət Azərbaycanda 4 quyunun qazılmasını həyata keçirir. 2018-ci il ərzində SOCAR AQŞ Xəzərin Azərbaycan sektorunda 18 quyunun qazılması planlaşdırılır.
Əsasən 2008-ci ildən qaz hasilatına başlamış və təqribən 360 milyard kubmetr qaz ehtiyatlarına malik olan Banqladeş Xalq Respublikasında SOCAR AQŞ tərəfindən yerinə yetiriləcək qazma işləri, Azərbaycan neftçilərinin beynəlxalq miqyasda öz peşəkar xidmətlərini təklif etmək və məhz göstərilən xidmətlər sayəsində ölkəmizə əlavə gəlirin qazandırılması üçün münbit zəmin yaradır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info