Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu yenidən qurulur 
Tarix: 20.02.2018 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Biləsuvarın Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “40 yol layihəsi” çərçivəsində ötən il başa çatan 52 kənd və qəsəbələrarası avtomobil yollarının ardınca 2018-ci ili agentlik yeni yol infrastrukturu layihələri ilə başlayıb. Bu il ən azı 600 kəndin yolları da daxil olmaqla ümumilikdə 2300 kilometr avtomobil yollarının yenidən qurulması planlaşdırılıb. Onlardan biri də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yoludur.
Zəhmətabad, Bəydili, Xırmandalı və Əliabad kəndlərindən keçən avtomobil yolu Prezident İlham Əliyevin müvafiq göstəriş və sərəncamlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur. Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır. Sözügedən yolun uzunluğu 15,4 kilometr təşkil edir və III-IV texniki dərəcəyə uyğun olaraq çəkilir.
Yatağının eni müvafiq olaraq 12 və 10 metr olan yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır və yeni yol yatağı hazırlanır. Ardınca optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsası tikinti norma, standartlarına uyğun asfalt-beton örtüyü döşənəcək. 2 laydan ibarət (7 + 5 santimetr) asfalt-beton örtük 100 min kvadratmetrə yaxın sahədə salınacaq.
Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə bərpa olunmayan yolun 7 kilometrlik hissəsində dağılmalar və deformasiyalar yaranıb. Yolun qalan 8 kilometrlik hissəsi isə ümumiyyətlə torpaq və çınqıl örtüklü olub. Buna səbəbdən yol sarıdan əziyyət çəkən 4 yaşayış məntəqəsinin 20 mindən çox əhalisi bəzən 10-15 dəqiqəlik məsafəni uzun müddətə qət etmək məcburiyyətində qalıblar. Sakinlər indi yol tikintisinin sürətindən və keyfiyyətindən xeyli razıdırlar.
Tikinti zamanı kənd sakinlərinin ürəyincə olan daha bir yenilik yolun altında mövcud suötürücü boru və keçidlərin bərpası, həmçinin müxtəlif diametrli yeni dəmir-beton suötürücü boruların inşasıdır. Çünki boru və su keçidlərinin köməyi ilə yolun altından ötürülən su ilə onlar əkin sahələrini daha rahat və məhsullar xarab olmadan suvara bilir. Ümumilikdə 20-dən artıq nöqtədə 232 paqonmetr uzunluğunda yeni suötürücü boruların tikintisi nəzərdə tutulub.
Biləsuvar böyük kənd təsərrüfatı rayonlarından biridir. Burda ixrac yönlü məhsullar üstünlük təşkil edir. Belə ki, rayonda taxıl və pambıq, bostan və tərəvəz məhsullarının istehsalı ildən-ilə artır. Yenidən qurulan Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu boyunca da bunu müşahidə etmək mümkündür. Yolun əsaslı şəkildə bərpa edilərək istifadəyə verilməsindən sonra isə sözügedən kəndlərin əhalisinin öz pay torpaqlarında yetişdirdikləri məhsulları bazarlara rahat və xarab olmadan qısa zamanda çıxarmaq imkanı yaranacaq.
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu vasitəsilə əhalinin nəinki rayon mərkəzinə, həmçinin Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, respublikanın bütün istiqamətlərinə yük və sərnişin daşıması asanlaşacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info