“Telabyaddan Qamışlıya qədər hər yerdə terrorçuların kökünü kəsəcəyik” 
Tarix: 20.02.2018 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“Yaxın günlərdə, qısa müddətdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq”. 
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanpartiyasının parlament qrupunun toplantısında çıxış edərkən deyib. 
Afrinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini vurğulayan R. T. Ərdoğan bildirib ki, mühasirə nəticəsində terrorçular tərəfindən Afrin şəhər mərkəzinə göndərilən yardımların önü kəsiləcək: “Həm də terror təşkilatının kimlərləsə bazarlıq etmək imkanı da aradan qalxacaq. Türkiyənin “qırmızı cizgiləri”ni yox sayanların alınlarına bu “qırmızı cizgi”ni çəkmək və var olduğumuzu göstərmək boynumuzun borcudur. Suriyada “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatında olduğu kimi, Telabyaddan Qamışlıya qədər hər yerdə terrorçuların kökünü kəsəcəyik”. 
Türkiyə prezidenti bir daha ABŞ-ın PYD/YPG-yə 5 min yük maşını, 2 min yük təyyarəsi ilə silah və texnika göndərdiyini qeyd edib: “Bunu dansalar da, fotoları, görüntüləri təqdim edəndə deyirlər ki, 3-5 gün, 3-5 həftə ərzində aradan qaldıracağıq. Biz danışıqlarla bərabər sahədə əməliyyatlarımızı davam etdirəcəyik. Dünən Rusiya və İran prezidentləri ilə telefon danışığımız oldu. Türkiyə hər zaman istənilən vəziyyətdə çoxyönlü siyasət həyata keçirmək məcburiyyətindədir”. 
R. T. Ərdoğan indiyə qədər  Suriyanın Afrin bölgəsində həyata keçirilən Zeytun budağı” əməliyyatında 1715 terrorçunun məhv edildiyini, türk ordusunun 32 hərbi qulluqçusunun şəhid olduğunu bildirib.  
Qeyd edək ki, Qamışlı şəhəri Suriyanın şimalında PYD/YPG terror təşkilatının əsas mərkəzlərindən biridir. Türkmən şəhəri olan Telabyad hazırda PYD/YPG-nin işğalındadır. Qamışlı və Telabyadda ABŞ hərbi bazaları var. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info