MEK Beynəlxalq Ana dili gününü 11 saylı internat məktəbinin şagirdləri ilə qeyd edib
Tarix: 20.02.2018 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları 21 fevral Beynəlxalq Ana dili gününü Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya təlimli internat məktəbi ilə birlikdə qeyd edib. Məktəbin direktoru Gülnarə Abdullayeva qonaqları müəssisə ilə tanış edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə interqasiyası məqsədilə sinif otaqlarında, ixtisaslaşdırılmış emalatxanalarda və incəsənət guşələrində təhsil və əmək reabilitasiya imkanlarını nümayiş etdirib.
Sonra MEK əməkdaşları məktəbdə Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirin Azərbaycanın dövlət himni ilə başlayan bədii hissəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan dili haqqında fikirləri, şagirdlərin ifasında Azərbaycanın görkəmli ədib və şairlərinin Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Tofiq Bayramın ana dilimizə həsr etdiyi şeirləri səsləndirilib, Məmməd Səid Ordubadinin “Ana dili”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərlərindən tamaşalar göstərilib, mövzuya aid musiqilər ifa olunub.
Tədbirdə çıxış edən MEK direktoru L.İmanova 11 saylı internat məktəbinin nümunəsində Azərbaycanda təhsilə, milli dəyərlərin təbliğinə, yaradıcılığa verilən önəmi, şagirdlərin təhsil mütəxəssisləri tərəfindən böyük qayğı və diqqətlə əhatə olunmasını xüsusi vurğulayıb. Sonda MEK əməkdaşları tədbir iştirakçılarının hər birinə içərisində onların adı yazılmış dünya və Azərbaycan müasir və klassik ədəbiyyatından nümunələri hədiyyə ediblər.
Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana mütaliənin təbliği və kitab almaq imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi məqsədilə 2015-ci ildən başlayaraq müxtəlif formatda kitab hədiyyəsi və açıq kitabxana aksiyaları keçirir. Təkcə son bir ildə aksiya çərçivəsində 88 təşkilata və ayrı-ayrı şəxslərə 12 mindən artıq kitab hədiyyə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info