Məşhur “Qızıl adam” Azərbaycana gətiriləcək
Tarix: 20.02.2018 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Qazaxıstanın simvollarından hesab olunan “Qızıl adam” tamamilə qızıldan düzəldilmiş sak döyüşçüsüdür.
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyindən (MATM) AZƏRTAC –a bildiriblər ki, 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev tərəfindən aşkarlanan “Qızıl adam” bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açıb. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı fraqmentləri aşkarlanıb. Ötən ilədək Qazaxıstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçünü aşkara çıxarıblar ki, bu da Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişib.
MATM ilə Qazaxıstanın Milli Muzeyi arasında əldə olunan razılığa əsasən, 2018-ci ilin may-iyun aylarında Bakıda “Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri” mövzusunda sərgi təşkil olunacaq. Tarixdə ilk dəfə olaraq Azərbaycana Qazaxıstan zərgərlik sənətinin 140-dək nümunəsi, o cümlədən “Qızıl adam”ın tam geyimi gətiriləcək.
“Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri” sərgisi muzeyin sərgi zalında təşkil olunacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info