STP Tacikistanın Ravşan yarımstansiyasını kabellərlə təchiz edəcək
Tarix: 20.02.2018 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


“Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC ilə Tacikistanın “Tacikgidroelektromontaj” ASC arasında irihəcmli kabel satışı üzrə müqavilə imzalanıb. İlkin razılaşmanın şərtlərinə əsasən texnoparkın tərkibinə daxil olan regionun ən iri və yüksək texnologiyaya malik kabel zavodu cari ilin iyun ayına qədər sifarişçiyə Tacikistanda həyata keçiriləcək “Ravşan yarımstansiyasının inşaası və yenidənqurulması” layihəsində istifadə üçün alçaq, orta və yüksəkgərginlikli güc kabelləri ixrac edəcək.
İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Ravşan yarımstansiyasının inşaası və yenidənqurulması” layihəsində iştirak etmək üçün müəssisə ilə qarşı tərəf arasında danışıqlar ötən ildən başlayıb. Rusiya və Türkiyə şirkətləri ilə rəqabət aparan STP məhsullarının keyfiyyəti, qiymətlərinin münasibliyi ilə onları geridə qoyub və sifarişçi ilə iki illik tərəfdaşlıq müqaviləsi imzalanıb. Yenidən qurulacaq yarımstansiya tam olaraq STP-nin kabel zavodunun məhsulları ilə təmin ediləcək. Mart ayında sifarişin ilk partiyası qarşı tərəfə çatdırılacaq.
Qeyd edək ki, STP-nin kabel zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksəkgərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”
16.08.2019
Ermənilər ölkədə doğum nisbətini artırmaq üçün baş sındırırlar
15.08.2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir
15.08.2019
Ermənistanda işsizlərin sayı 6,7 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info