“News.am”: “Rusiya erməni miqrantlar üçün ən əhəmiyyətli ölkə olaraq qalır”
Tarix: 20.02.2018 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


Belə görünür ki, artıq Rusiya da himayədarlıq etdiyi Ermənistanı rus rublu ilə dolandırmaqdan bezib. Bunu son zamanlar Rusiyadan Ermənistana göndərilən pul köçürmələrindəki azalmalar da təsdiq edir. Lakin bu nə qədər gülünc görünsə də, xaricidən göndərilən pul köçürmələrini ölkə rəhbərliyi Ermənistanın iqtisadi inkişafının təzahürü kimi təqdim etməkdən belə, utanmır. Maraqlı önəm kəsb edən məsələlərdən biri isə budur ki, elə bu gün də Ermənistana fərdi şəxslər tərəfindən göndərilən valyutanın həcmi ölkənin dövlət bütcəsi ilə müqayisə edilə bilər.
«Ermənistana fərdi şəxslər tərəfindən pul köçürmələri ölkəyə valyuta axınlarının güclü bir mənbəyi olub. Qeyd edilməlidir ki, ötən beş il-2013-2017-ci illər ərzində ölkədən kənarda işləyən fərdi şəxslər tərəfindən bank sistemi vasitəsilə Ermənistana 9,3 milyard dollardan artıq vəsait köçürülüb. Müqayisə üçün bildirmək yerinə düşər ki, bu müddət (2013-2017-ci illər) ərzində Ermənistanda ixracatın həcmi, təxminən 8,5 milyard dollar təşkil edib. Göründüyü kimi, bu vəsait köçürmələrdən əhəmiyyətli miqdarda azdır». Bunu yazan «News.am» saytının məlumatına görə Ermənistana, həmişə olduğu kimi, ən çox valyuta Rusiyadan göndərilir. Daha çox Rusiyada tikintilərdə işləyən əmək miqrantları pul göndərirlər: ” Təbii ki, müstəqillik əldə edilməsi sayəsində miqrant işçilər üçün coğrafi məkanların əhəmiyyətli dərəcədə genişlənməsinə baxmayaraq, Rusiya erməni miqrantlar üçün ən əhəmiyyətli ölkə olaraq qalır. Təsadüfi deyil ki, bu ölkə mövsümi iş üçün gedən ermənilərin sayında da liderlik edir. Xatırladaq ki, son beş ildə bu ölkədən miqrantlar vasitəsilə Ermənistana göndərilən pul köçürmələrinin ümiumi miqdarı 6,3 milyard dollar təşkil edib ki, bu da ölkəyə göndərilən ümumi məbləğin təqribən 67 faizini təşkil edir.
Öətən beş il ərzində Rusiyadan sonra Ermənistana ABŞ-dan pul köçürülüb. Belə ki, bu müddət ərzində okeanın o tayından Ermənistana 846 milyon dollar köçürmə edilib. Bu isə ümumi məbləğin 9 faizi deməkdir. Ermənistana göndərilən pul köçürmələrində digər ölkələrin - Almaniya (2 faiz), Türkiyə və Çinin də (hər iki dövlətdən 0,2 faizə qədər) payı var.
Bu ərəfədə Ermənistan banklarından 4,4 milyard dollar xaricə çıxarılsa da, lakin bu, ölkəyə göndərilən vəsaitdən 2,1 dəfə azdır. Qeyd edək ki, Ermənistandan gedən vəsaitin əksər hissəsi Rusiyaya göndərilir ki, bu da daha çox kommersiya xarakterli köçürmələrdir. Lakin Rusiyaya göndərilən valyutanın müəyyən hissəsinin də Ermənistanda çalışan rus mütəxəssislərinə aid oduğu istisna deyil.
Son beş il ərzində Ermənistandan ABŞ-a göndərilən 664 milyon dolların ticarət məqsədi daşıdığını iddia etsələr də, burada başqa versiyalar da istisnasız deyil. Çinə göndərilən 348 milyon dollar isə şübhəsiz ki, «pərakəndə satışımızda məşhur istehlak mallarını satın almaq üçün köçürülür».
Son beş ildə fərdlərin pul köçürmələrində müsbət tarazlıq Rusiyada, mənfi isə Çində göstərilsə də, ümumilikdə, son beş il ərzində bu sahədə vəziyyətin pisləşməsi açıq-aydın görünür. Belə ki, 2013-cü ilə nisbətən 2017-ci ildə Ermənistana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələri 546 milyon dollar və ya 24 faiz azalıb. Maraqlıdır ki, erməni banklarından xaricə pul köçürmələri isə 173 milyon dollar və ya 20 faiz artıb.”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
18.02.2019
Mer seçkisində Paşinyanın namizədi məğlub oldu
18.02.2019
Peskov: “Putin Ərdoğana çox etibar edir”
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info