Suriyada Türkiyə-Rusiya-İran üçlüyü: Afrin kimin plasdarmı olacaq?
Tarix: 21.02.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


“Fırat qalxanı”, “Zeytun budağı” əməliyyatında olduğu kimi, Telabyaddan Qamışlıya qədər hər yerdə terrorçuların kökünü kəsəcəyik”
Suriyanın şimalında yerləşən Afrinlə bağlı kritik vəziyyət davam edir. Türkiyə ordusu terror əleyhinə əməliyyatları davam etdirir. Amma son iki günün əsas müzakirə mövzusu həmin əraziyə Bəşər Əsədə tabe olan qüvvələrin daxil olma ehtimalıdır. “Telefon diplomatiyası” Bəşər Əsədlə YPG qüvvələri arasında müəyyən razılaşma olduğunu təsdiqləyir. Əsəd qüvvələrinin Afrinin mərkəzinə daxil olması Türkiyə ordusu ilə mümkün toqquşma ehtimalı yaradır.

Beynəlxalq məsələlər üzrə Rusiya şurasının üzvü Kirill Semenov:“Burada sual odur ki, məsələ Putin və Ərdoğan arasında razılaşdırılıbmı?”

Bunları nəzərə alaraq Türkiyə dövlət başçısı Ərdoğanın Rusiya dövlət başçısı Putin və İran dövlət başçısı Ruhani ilə telefon əlaqəsi saxlaması böyük əhəmiyyət kəsb edir. Çünki Əsəd üzərində əsas nüfuz sahibi Moskva və Tehrandır. Onların razılığı olmadan Əsəd Afrinə daxil ola bilməz. Son olaylar Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin telefon danışığında da müzakirə olunub. Rusiyanın xarici işlər naziri Lavrov bildirib ki, əsas problem ABŞ-la bağlıdır. Belə ki, ABŞ Fırat çayının şərqində, Suriyanın İraq və Türkiyə ilə çayla sərhədində xüsusi plan həyata keçirməyə çalışır. Beynəlxalq məsələlər üzrə Rusiya şurasının üzvü Kirill Semenov hesab edir ki, mümkün ssenarilərdən biri Afrinin mərkəzi hissəsinin Əsədə keçməsi ola bilər. Belə olan halda Əsəd qüvvələri Afrinə və oranı Hələblə birləşdirən yola nəzarət edəcəklər. Deməli, kürd döyüşçülər oradan uzaqlaşmalıdır. Türklər və onların yerli müttəfiqlərinin nəzarətində isə şəhərin ətraf əraziləri qalacaq. “Burada sual odur ki, məsələ Putin və Ərdoğan arasında razılaşdırılıbmı? Ola bilər ki, türklər razılaşma əsasında elə əvvəlcədən qarşıya “minimum məqsəd” qoyublar. İndi Ərdoğan rahatlıqla deyə bilər ki, vəd olunduğu kimi, əməliyyat aparıldı və sərhəddə bufer zona yaradıldı. Heç bir tərəf məğlub olmur. Moskvanın maraqlarının təmin olunmasına gəldikdə isə onu deyə bilərəm ki, Əsədin nəzarətində olan ərazilərin artması, ilk növbədə İranın xeyrinədir. İran və Rusiyanın Suriyada maraqlarının üst-üstə düşdüyünü demək doğru olmaz”. Ekspert hesab edir ki, Əsəd qoşunlarının tərkibində döyüşən əsas qüvvələr İrana aiddir. Ona görə də belə vəziyyətdə Suriyanın şimal-qərbi İran plasdarmı olacaq.

“Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən partiyasının parlament qrupunun toplantısında çıxış edərkən deyib ki, yaxın günlərdə, qısa müddətdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq. Türkiyənin NTV telekanalının məlumatına görə, Afrinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini vurğulayan Ərdoğan bildirib ki, mühasirə nəticəsində terrorçular tərəfindən Afrin şəhər mərkəzinə göndərilən yardımların önü kəsiləcək: “Həm də terror təşkilatının kimlərləsə bazarlıq etmək imkanı da aradan qalxacaq. Türkiyənin “qırmızı cizgiləri”ni yox sayanların alınlarına bu “qırmızı cizgi”ni çəkmək və var olduğumuzu göstərmək boynumuzun borcudur. Suriyada “Fırat qalxanı”, “Zeytun budağı” əməliyyatında olduğu kimi, Telabyaddan Qamışlıya qədər hər yerdə terrorçuların kökünü kəsəcəyik”. Türkiyə prezidenti bir daha ABŞ-ın PYD/YPG-yə 5 min yük maşını, 2 min yük təyyarəsi ilə silah və texnika göndərdiyini qeyd edib: “Bunu dansalar da, fotoları, görüntüləri təqdim edəndə deyirlər ki, 3-5 gün, 3-5 həftə ərzində aradan qaldıracağıq. Biz danışıqlarla bərabər, sahədə əməliyyatlarımızı davam etdirəcəyik. Rusiya və İran prezidentləri ilə telefon danışığımız oldu. Türkiyə hər zaman istənilən vəziyyətdə çoxyönlü siyasət həyata keçirmək məcburiyyətindədir”. R. T. Ərdoğan indiyə qədər Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatında 1715 terrorçunun məhv edildiyini, türk ordusunun 32 hərbi qulluqçusunun şəhid olduğunu bildirib. Qeyd edək ki, Qamışlı şəhəri Suriyanın şimalında PYD/YPG terror təşkilatının əsas mərkəzlərindən biridir. Türkmən şəhəri olan Telabyad hazırda PYD/YPG-nin işğalındadır. Qamışlı və Telabyadda ABŞ hərbi bazaları var. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə dünən bildirib ki, Əsəd Afrinlə bağlı qərarsızdır: “Bizə Əsəd rejiminin Afrinə girməsi barədə məlumat gəlməyib”. O bildirib ki, YPG ilə kim mübarizə aparmaq istəyirsə aparsın, Türkiyə üçün heç bir problem yaratmır: “YPG-ni müdafiə edən dövlətlər bizim üçün YPG-nin özünə bərabərdir”. Çavuşoğlu onu da qeyd edib ki, YPG Türkiyə ordusundan qorxduğu üçün Əsəd rejimini dəstək üçün çağırır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
İrandan Avropa İttifaqına xəbərdarlıq
22.08.2019
Hindistan Cammu Kəşmirdə əlavə hərbi qüvvə yerləşdirdi
22.08.2019
İslam Əməkdaşlıq Təşkilatı Qüdsün Fələstinin paytaxtı olduğunu vurğuladı
21.08.2019
Husilәr ABŞ-a mәxsus PUA-nı vurdu
21.08.2019
Misir və Çinin Aralıq dənizində birgə hərbi təlimi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info