Bakıda MDB ali audit qurumlarının beynəlxalq seminarı keçirilir
Tarix: 21.02.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Bakıda Hesablama Palatasının təşkilatçılığı ilə "Ali Maliyyə Nəzarəti Orqanlarının fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti" mövzusunda seminar işə başlayıb. Hesablama Palatasının auditoru Firsənd Qurbanov Ali Maliyyə Nəzarət Orqanlarının dövlət maliyyə nəzarətinin əsas tərkib hissəsi olan dövlət idarəçilik sistemində mühüm rol oynadığını qeyd edib. Bildirib ki, mürəkkəb iqtisadi şəraitdə dövlət auditinin zəruriliyi daha da artır. Bu isə öz növbəsində, yeni yanaşmaları aktuallaşdırır. Ali Maliyyə Nəzarət Orqanları dövlət vəsaitlərinin istifadəsinə nəzarətlə bağlı mühüm funksiyaları yerinə yetirirlər. Biz həm də inkişaf prioritetlərini müəyyən etməli və öz fəaliyyətimizin keyfiyyətini düzgün qiymətləndirməliyik. "Hesab edirəm ki, bu tədbirin keçirilməsi bizim aparacağımız dövlət büdcəsinin xərcləri üzrə audit tədbirlərinin keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərəcək. Eyni zamanda, seminarın mövzusu üzrə aparılacaq diskussiyalar fəaliyyətin və qarşılıqlı əməkdaşlığın keyfiyyətinin qiymətləndirilməsinə vahid və düzgün yanaşma tətbiq etməyə şərait yaradacaq", - deyə auditor qeyd edib. Seminara moderatorluq edən Hesablama Palatasının icmal-analitik şöbəsinin müdiri Vəfa Mütəllimova təmsil etdiyi qurumun təcrübəsini bölüşüb. O, Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinin əsas göstəricilərinin illik hesabatda əks olunduğunu qeyd edərək, tətbiq edilən fəaliyyətin nəticələrini qiymətləndirmək üçün göstəricilərin hesablanması və məqsədi barədə məlumat verib. Rusiya Hesablama Palatasının, Belarus Dövlət Nəzarət Komitəsinin, Qazaxıstanın Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsinin, Qırğızıstan Hesablama Palatasının nümayəndə heyətinin mövzu üzrə məruzələri dinlənilib, müzakirələr aparılıb. Qeyd edək ki, seminar 2017-ci il sentyabr ayının 5-6-da Bakı şəhərində keçirilmiş MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurasının XVII sessiyasında qəbul olunmuş iş planına əsasən Hesablama Palatasının sədrliyi ilə iki gün davam edəcək.
Fevralın 21-də Azərbaycan Respublikası Hesablama Palatası və Rusiya Federasiyası Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də tibb, təhsil, mədəniyyət, kinematoqrafiya və tibbi sığorta sahələrinə ayrılmış büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info