Cənubi Koreya və ABŞ Olimpiada başa çatdıqdan sonra təlimlərə başlayacaq
Tarix: 21.02.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Koreya Respublikası və ABŞ Qış Olimpiya və Paralimpiya oyunları başa çatdıqdan sonra müştərək hərbi manevrlər keçirəcəklər. TASS xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi məruzəsində deyilir. “Müttəfiqlər Şimali Koreyanın raket təhdidinə qarşı operativ hazırlığı artırmaq məqsədi ilə “Key Resolve” komanda-qərargah təlimləri və “Ulchi - Freedom Guardian” manevrləri keçirəcək”, - deyə məruzədə qeyd olunur. Lakin sənəddə son zamanlar 200 mindən 300 min nəfərədək hərbçinin və ABŞ-ın strateji silahlarının cəlb olunduğu miqyaslı “Foal Eagle” səhra təlimlərinin keçirilmə vaxtı bildirilmir. Adətən 75 min hərbçinin iştirakı ilə keçirilən “Ulchi - Freedom Guardian” manevrlərinin gedişində şərti düşmənin hücumu nəticəsində dəyən zərərin aradan qaldırılması üzrə işlər, həmçinin KXDR-in mümkün nüvə zərbəsi zamanı ABŞ və Cənubi Koreya ordusunun müştərək fəaliyyəti məşq edilir. Pxenyan isə öz növbəsində ABŞ-Koreya manevrlərini müttəfiqlərin KXDR-ə hücum hazırlığı kimi qiymətləndirir və hərbi xarakterli cavab tədbirləri həyata keçirir.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info