“Sloveniyada Azərbaycanı çox yaxşı tanıyırlar”
Tarix: 27.05.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Günel Həsənova: “Mehdi Hüseynzadə ilə bir diviziyada vuruşanlar onun qəhrəmancasına vuruşmasından çox qürur duyurlar”

Müsahibimiz Günel Həsənova Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. Sonra Azərbaycana dönüb, orta və ali təhsil alıb. Bakı Slavyan Universitetində filologiyanın rus dili və ədəbiyyat üzrə bakalavr pilləsini bitirib. Daha sonra Polşa dövlətinin “Gənc Alimlər” proqramında təqaüd qazanıb, bir il Lodz şəhərində Beynəlxalq münasibətlər fakültəsində oxuyub, “Azərbaycan və Polşanın arasında mədəniyyət əlaqələri” haqqında elmi iş yazıb. Proqramı bitirdikdən sonra, Polşada magistratura pilləsinə imtahan verib, elə həmin il Vroclav Universitetinin Polyak-rus tərcümə fakültəsinə daxil olub. Magistraturanın ikinci ilinin birinci semestri təhsilini Erasmus proqramı ilə Sloveniyada davam etdirib. Özü Dünya Azərbaycanlı Gənclər Birliyinin, həmçinin Avstriyada olan Azərbaycan Akademik Assosiasiyasının Sloveniyadakı nümayəndəsidir. Həmçinin bu yaxınlarda onu Azərbaycan və Sloveniya arasında biznes əlaqələrinin məsləhətçisi kimi dəvət ediblər.
-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
- Ən azından Azərbaycanı tanıtdırmaq, bəzi həqiqətləri demək, mədəniyyətimizi göstərmək gənclərin üzərinə düşür. Bəzi xarici tələbələr hələ də Azərbaycanı Rusiyanın bir hissəsi kimi tanıyır və bu, xoşagəlməz haldır.
- Sloveniyada azərbaycanlıların sayı çoxdurmu?
- Sloveniyada, bildiyimə görə, yeganə azərbaycanlılar özüm və tanıdığım azərbaycanlı səfirliyimizin nümayəndəsidir. Bəlkə də ölkə içində azərbaycanlı var, amma onlar haqda heç bir məlumatımız yoxdur.
-Gənclərimiz diaspor sahəsində aktivlik göstərirlərmi?
- Sloveniyada tək azərbaycanlı gənc olduğum üçün çalışıram aktiv olum. Dünya Azərbaycanlı Gənclər Birliyi (DAGB) Azərbaycanın təbliğatı üçün əlindən gələn bütün köməkliyi edir. Məsələn, Sloveniyanın əsas kitabxanasında cəmi 9 kitab var və DAGB oraya kitab hədiyyə etməyə qərara gəlib.
-Günel xanım, Sloveniyada gənclərlə bağlı hansı fəaliyyət göstərirsiniz? Azərbaycanın əlamətdar günləri ilə bağlı orada tədbirlər keçirilirmi?
- Sloveniyada çalışıram həm yerli, həm xarici tələbələrə Azərbaycanı tanıtdırım. Fevral ayında, universitetin rektorundan icazə alıb orada Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirdik. Bundan başqa, carı ilin 21-22 may tarixlərində Sloveniyada Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbirlər keçirildi. Tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də işgüzar dairələrin təmsilçiləri iştirak edirdilər.
Azərbaycanın Avstriyada, eyni zamanda Sloveniyadakı səfiri Qalib İsrafilov tədbirin açılışında çıxış edərək qonaqları salamladı, ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda mübarizəsi, 1991-ci ildə müstəqilliyin bərpasından sonra respublikamızda gedən proseslər və əldə olunmuş uğurlardan danışdı.
Mərasimin bədii hissəsində Azərbaycandan dəvət olunmuş Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” ansamblı, İtaliyanın Milan şəhərində təhsil alan opera müğənnisi Elçin Hüseynov çıxış etdilər. Azərbaycan milli rəqsləri və Azərbaycan bəstəkarlarının klassik əsərləri qonaqlar tərəfindən çox maraqla qarşılandı.
Tədbir çərçivəsində, həmçinin Azərbaycanın dilbər guşələrinin, Bakının görməli yerləri və insanların əks olunduğu fotoşəkillər nümayiş etdirildi.
-Ümumiyyətlə, Azərbaycanı Sloveniyada necə tanıyırlar?
- Azərbaycanı çox yaxşı tanıyırlar. Qəzet və jurnallarda bir neçə dəfə Azərbaycan haqda məqalə çıxıb və orada Azərbaycandan varlı, güclü və perspektivli bir ölkə kimi bəhs ediblər. Azərbaycanın və Sloveniyanın keçmişi eynidir. Çünki hər iki ölkə 1991-ci ildə müstəqilliyini qazanıb. Habelə bu il Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (Mixaylo) abidəsi ucaldılıb, Sloveniyanın Nova Qoritsa şəhəri və bizim Oğuz şəhərimiz qardaşlaşıblar.
-Sloveniya Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin son döyüşdüyü ərazilərdir. Onun haqqında orda nə dərəcədə məlumatlıdırlar?
- Nova Qoritsa yaxınlığındakı Şempas kəndində Mehdi Hüseynzadənin ev muzeyi və həmçinin abidəsi var. Və Nova Qoritsanın icra hakimiyyətinin saytında xüsusi olaraq turizm bölməsində onun haqda məlumat yerləşdirilib. Slovenlər Mixaylonu öz qəhrəmanları sayırlar. Onlarda belə bir ifadə var: “Mixaylo həm sizin, həm də bizim qəhrəmandır”. Həmçinin dağlarda Çepovan kəndində ona qoyulmuş memorial lövhə var. Bir məsələni də qeyd etmək istərdim ki, sloven yazıçısı Peter Amaletti keçən il Mehdi Hüseynzadə haqqında 2 cildli roman yazıb. Romanda Mehdinin həyatı haqqında yazılıb. Hazırda kitablar tərcümə olunur. Həmçinin bu il Mehdi Hüseynzadənin 95 illik yubileyidir.
-Mehdi Hüseynzadənin döyüşçü yoldaşlarından indi orda sağ qalanı varmı?
- Yuxarıda qeyd etdiyim tədbirin ikinci günü Nova Qoritsada keçdi və oraya Sloven-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri də gəlmişdi. Həmin üzvlərdən ikisi Mehdi Hüseynzadə ilə bir diviziyada vuruşub. Onlar Mehdinin belə qəhrəmancasına vuruşmasından çox qürur duyurlar. Mehdinin 25 yaşında bir neçə dil bilməsi, rəssam olması və musiqi alətlərində ifa etməsindən danışdılar.

Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
“Luxus-Plus” portalı Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
26.03.2019
ABŞ dövlət katibi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
26.03.2019
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info