Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında fasiləsiz nəqliyyat dəhlizidir
Tarix: 21.02.2018 | Saat: 11:42:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars dəmir yolu xətti Gürcüstanla Türkiyə arasında iqtisadi əməkdaşlığa böyük imkanlar yaradacaq.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Əhməd Arslan bildirib ki, Gürcüstanla Türkiyə arasında əlaqələrin daha da genişlənməsi ilə nəticələnəcək bu layihə qürurvericidir. Bu layihə Asiya ilə Avropa arasında fasiləsiz nəqliyyat dəhlizidir.
"Çindən başlayaraq Avropaya qədər uzanan ticarətin Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən həyata keçirilməsi əsas hədəflərimizdən biridir", - deyə Əhməd Arslan qeyd edib.
Bütün ölkələrin terrorçuluqdan əziyyət çəkdiyini deyən Ə.Arslan terrorun tamamilə aradan qaldırılması istiqamətində Türkiyənin Gürcüstanla mühüm iş birliyi qurduğunu söyləyib.
Gürcüstanla ticarət həcminin 2016-cı ildə 1,5 milyard dollar səviyyəsində olduğunu qeyd edən nazir bunun daha da artacağına inamını ifadə edib.
Dmitri Kumsişvili də öz növbəsinə iki ölkə arasında çox mühüm iş birliyi qurulduğunu qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan üçün çox mühüm olduğunu söyləyib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info