Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Tarix: 21.02.2018 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov Vyanada Avstriya parlamentinin (Milli Şura) üzvü, Avstriya-Azərbaycan İkitərəfli Parlament Qrupunun sədri xanım Barbara Krennlə görüşüb.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Milli Şuraya keçirilmiş son seçkilərdən sonra yeni heyət tərkibi hələ formalaşmamış dostluq qrupunun Avstriya tərəfdən sədri B.Krenn bu vəzifəni üzərinə götürdüyünə görə çox məmnun olduğunu söyləyib. O, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün müsbət rol oynamaq imkanı əldə etdiyinə görə qürur hissi duyduğunu ifadə edib.
Avstriyanın Ştiriya federal əyalətindən olan deputat həmin əyalətdə yerləşən, tarixi əhəmiyyətə malik turistik bir məkan kimi tanınan Pürq-Trautenfels inzibati rayonunun 8 il ərzində meri vəzifəsində işlədiyini, bu fəaliyyəti zamanı xarici əlaqələrə xüsusi diqqət yetirdiyini və təcrübəsinə əsaslanaraq yeni işində də parlamentlərarası əlaqələrə prioritet verəcəyini vurğulayıb.
Görüşdə C.Qurbanov Azərbaycanla bağlı həqiqətlərə, dövlətçiliyimizin tarixinə nəzər salaraq, respublikamızdakı dinamik inkişafın müxtəlif aspektləri, ölkələrimiz arasında ayrı-ayrı sahələrdə, o cümlədən iri infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlıq perspektivləri və imkanları barədə danışıb. O, avstriyalı həmkarının rəhbərliyi ilə parlament qrupunu Azərbaycana səfərə dəvət edib.
Sonda Cavid Qurbanov öz adından B.Krennin adına ünvanlanan, “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi ilə bağlı Bakı şəhərinin namizədliyinin dəstəklənməsinə mümkün töhfə verilməsi barədə müraciət məktubunu həmsöhbətinə təqdim edib. O, avstriyalı deputatdan bu məsələdə mümkün kömək göstərilməsini xahiş edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir
20.02.2019
Rayonlarda ətirli tütün əkiləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info