Ana dili hər bir xalqın həyatında müstəsna rola malikdir
Tarix: 21.02.2018 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Ölkəmizdə Ana dilimizin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər universitetdə keçirilən 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi konfransda səsləndirilib.
Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ana dilinin hər bir xalqın həyatındakı müstəsna rolundan söz açıb.
Dilimizə dövlət qayğısı haqqında məruzəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərova bildirib ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş dil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənovanın “Azərbaycan bədii dilinin inkişafı haqqında (Eldar Baxışın yaradıcılığı üzrə)”, filologiya üzrə fəlsəfə doktoru Arzu Abbasovanın “Öz dilimdir, şirin dil” mövzusunda məruzələri dinlənilib.
Sonra mövzu ətrafında diskussiyalar aparılıb. Məlumat verilib ki, Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd olunur.
Sonda tələbələr ana dilinə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info